Xəbər lenti

Bu gün Ukraynanın Xarkov vilayətində hərbçilərin xüsusi əməliyyatı keçirilib.

Xarkov vilayətinin Yujnı şəhərinin meri Aleksandr Bryuxanov və onun müavini, yerli polis şöbəsinin rəisi və ərazi inspektoru düşmənlə danışıqlara görə "dövlətə xəyanət” maddəsi ilə saxlanılıblar. Bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

"Bu, hələ də müharibə apardığımızı anlamayan və düşmənlə danışıq aparmağa imkan verənlərin başa düşməsi üçündür! Torpağımızın bir santimetrini də düşmənə verməyəcəyik”, - deyə Sinequbov bildirib. (Qaynarinfo) 



Ana səhifəyə qayıt        Baxış: 4 133          Tarix: 28-02-2022, 18:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma