Xəbər lenti

Rusiya ordusunun hərbi texnikası Ukraynanın Xarkov şəhərinə daxil olub.

"AzPolitika" Ukrayna saytlarına istinadla xəbər verir ki, Xarkov administrasiyasından məlumatı təsdiq ediblər. 

Yayılan videokadrlarda hərbi texnikanın sürətlə şəhərin içərilərinə doğru hərəkət etdiyi görünür. 

Xarkov administrasiyası şəhərin kişi əhalisinə düşməni məhv etmək çağırışı edib.

Şəhər meri İqor Terexov bildirib ki, şəhərə yüngül texnika ilə daxil olan düşmənin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilir. 



Ana səhifəyə qayıt        Baxış: 3 312          Tarix: 27-02-2022, 10:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma