Xəbər lenti

"Ukraynanın Xarkov şəhərində Azərbaycan konsulluğu ştat rejimində fəaliyyətini davam etdirir və həmvətənlərimizə imkanları daxilində müxtəlif köməklikləri göstərməkdədir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov deyib.

Onun sözlərinə görə, hazırda konsulluq əməkdaşları müxtəlif kanallarla konsulluğun xidməti dairəsində yaşayan həmvətənlərin sayının dəqiqləşdirməsi prosessi ilə məşğuldur.

O qeyd edib ki, operativ qaydada konsulluq Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycanın konsulluğu və Xarici İşlər Nazirliyi ilə mütəmadi məsləhətləşmələr həyata keçirir.

"Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, fevralın 24-dən başlayaraq Ukrayna ərazilərində hərbi-siyasi vəziyyət gərginləşib. Ölkənin bir çox istiqamətlərində hərbi əməliyyatlar gedir. Ukraynanın Xarkov şəhəri döyüşlərin getdiyi əsas ərazilərə yaxındır.



Ana səhifəyə qayıt        Baxış: 3 602          Tarix: 25-02-2022, 14:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma