Xəbər lenti

Daha bir ölkə Şimali Koreya ilə əlaqələrinə son verir

Sudan Şimali Koreya ilə bütün iqtisadi və hərbi əlaqələrini kəsəcək.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heter Nauret məlumat verib.

Sözçü Şimali Koreyanın nüvə proqramının yaratdığı kritik təhdid səbəbilə Sudanın yeni addım atacağını söyləyib:

“Şimali Koreya rejimini təcrid etmək ABŞ-ın ən önəmli öncəliyidir və dünyada sülhü, sabitliyi davam etdirməyin açar ünsürüdür. ABŞ Sudana bu addımdan ötrü minnətdardır”.




Ana səhifəyə qayıt        Baxış: 991          Tarix: 17-11-2017, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma