Amerika fond bazarında Dow Jones indeksi 0,15% - 21 580,07 bəndədək, S&P 500 0,04% - 2 472,54 bəndədək, NASDAQ isə 0,47% - 6 387,75 bəndədək ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,47% - 7 452,91 bəndədək, Almaniya DAX-ı 0,47% - 12 240,06 bəndədək, Fransa CAC-40-ı isə 1,57% - 5 117,66 bəndədək azalıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,90 dollar artaraq 1 261,00 dollara, gümüş isə 0,11 dollar bahalaşaraq 16,46 dollara satılıb.