Xəbər lenti

 

Rusiyanın Norilsk şəhərində sərnişin avtobusu ayağı qapıda qalan dördyaşlı qızı yolda bir neçə metr özü ilə sürüyüb. Uşaq sıyrıntı və yaralarla xəstəxanaya çatdırılıb.

Ovqat.com "Report"a istinadən bildirir ki,bu barədə Daxili İşlər Nazirliyinin Krasnoyarsk vilayəti üzrə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.

Hadisə qız anası ilə avtobusa minən zaman baş verib. O, ayağını avtobusun pilləkəninə qoyan zaman qapılar bağlanıb və nəqliyyat vasitəsi yerindən tərpənib.
Sürücü avtobusu hadisə şahidlərinin onun ardınca qaçdığını gördükdən sonra saxlayıb.

Onun barəsində zərərçəkmişin sağlamlığına orta-ağır ziyan vurulması ilə nəticələnən yol hərəkəti qaydasının pozulmasına görə protokol tərtib olunub.




Ana səhifəyə qayıt        Baxış: 516          Tarix: 23-07-2017, 14:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma