Xəbər lenti

Misirin Minya vilayətində kopt xristianlarının avtobusu hücuma məruz qalıb.

Aznews.az xəbər verir ki, hadisə zamanı azı 23 nəfər öldürülüb, 25 nəfər yaralanıb. Misirin Səhiyyə Nazirliyi faktı təsdiqləyib.

Avtobusa naməlum silahlılar hücum ediblər. Məlumata görə, hadisə xristianlar Bəni-Sueyf şəhərindən monastra geri qayıdan zaman baş verib.

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.

 




Ana səhifəyə qayıt        Baxış: 936          Tarix: 26-05-2017, 15:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma