Xəbər lenti

“ABŞ Prezidenti Cozef Bayden və başqaları gərək ABŞ-ın milli arxivlərinə baxsınlar”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV-yə müsahibəsində deyib.

O söyləyib ki, həmin arxivlərdəki məruzələrdə hansısa soyqırımdan bəhs edilməyib: “Sadəcə qarşılıqlı gərginliklə bağlı açıq və konkret məlumatlar var. Kim “soyqırım” barədə danışmaq istəyirsə, əvvəlcə həmin sənədləri oxumalıdır. 1600 səhifəlik məruzələrdə nə qətliamdan, nə də soyqırımdan bəhs olunur. Həmin sənədlərdə əksini tapmayan hər şey subyektiv xarakter daşıyır”.

Nazir bildirib ki, təkcə C.Bayden yox, digərləri də həmin arxivlərlə tanış olmalıdır.

Qeyd edək ki, C.Bayden 1915-ci il 24 aprel hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlədib.




Ana səhifəyə qayıt        Baxış: 3 598          Tarix: 27-04-2023, 20:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma