Xəbər lenti

Türkiyənin xarici işlər naziri Cənubi Qafqazla bağlı diqqətçəkən açıqlamalar verib.

Modern.az xəbər verir ki, o, NTV-yə müsahibəsi zamanı bu mövzuya toxunub. Nazir bildirib ki, Türkiyə Ermənistanla normallaşma prosesində səmimiyyət nümayiş etdirir.

"Lakin Ermənistanda “Nemezis” əməliyyatına abidə ucaldılır. Bunu qəbul edə bilmərik. Biz cavab olaraq uyğun addım atdıq və ölkəmizin hava məkanını Ermənistana qapatdıq. İrəvan bizi aldada bilməz. Ehtiyac yaransa, zərurət olsa, digər addımları da nəzərdən keçirə bilərik. Azərbaycan da normallaşmanın tərəfdarıdır. Amma Ermənistan tərəfi Qarabağa silah-sursat daşımaqla gərginliyə səbəb olur”, - deyə XİN başçısı vurğulayıb.

Çavuşoğlu Ermənistanın Qarabağ müharibəsindəki məğlubiyyəti qəbul edə bilmədiyini bəyan edib. Türkiyə XİN başçısı çıxışı zamanı Avropa İttifaqını da tənqid edib.




Ana səhifəyə qayıt        Baxış: 3 217          Tarix: 3-05-2023, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma