Xəbər lenti

“İsveçin NATO-ya üzvlüyü prosesində irəliləyiş yoxdur”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” telekanalına müsahibəsində bildirib.

“Stokholm əvvəllər dəfələrlə dediklərimizi indi etiraf edir. Bəs bizim tələbimiz nədir? Terrorçular. Yəni terrorun təbliğatı, pul yığımı olmasın. NATO-ya üzv olmaq istəyən ölkədə bu düzgündürmü?”-deyə, o bildirib.

2023-cü ilin əvvəlinə qədər İsveç və Finlandiyanın müraciətləri NATO-ya daxil olan 30 ölkədən 28-i tərəfindən ratifikasiya edilib, lakin Macarıstan və Türkiyə İsveçin müraciətinə Finlandiyadan ayrı baxmaq istəyiblər.

Martın 31-nə keçən gecə Finlandiyanın NATO-ya müraciətinin alyansın bütün üzvləri tərəfindən ratifikasiyası başa çatıb. İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.




Ana səhifəyə qayıt        Baxış: 4 846          Tarix: 7-05-2023, 18:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma