Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
Hələ II Dünya Müharibəsindən əvvəl bloklara qatılmadığını bəyan etməsinə baxmayaraq, İsveçin rəsmi televiziyası hər kəsi şoka salacaq məlumat açıqlayıb.
Ovqat.com xəbər verir ki, rəsmi televiziya İsveç ordusunun uzunmənzilli raketlərdən istifadə edərək Rusiya hərbi bazalarına zərbə endirməyə hazır olduğunu vurğulayıb.
Stokholmdan yayılan bu xəbər başda rus analitiklər olmaqla bir çox mütəxəssisləri təəccübləndirib.
Məsələ burasındadır ki, Skandinaviya yarımadasının cənubu boyunca uzanan bu ölkənin Rusiya ilə açıq qarşıdurmaya getmək imkanları yetərli deyil. 10 milyona yaxın əhalisi olan İsveç faktiki olaraq 30-cu illərdən bəri tərəfsizlik mövqeyi sərgiləyib və ordusunu da bu prinsipə uyğun formalaşdırıb. Xüsusilə SSRİ dağıldıqdan sonra rus təhlükəsinin də aradan qalxdığına inanan Stokholm rahat nəfəs almağa başlamış və ordu quruculuğunu ikinci plana atmışdı. Rəsmi məlumata görə, İsveç Hərbi donanmasının cəmi 7 korvet gəmisi vardı. Onlardan ikisi tamamilə sıradan çıxıb, digər ikisi isə modifikasiya olunur. Faktiki fəaliyyətdə olan 3 saz gəmi ilə İsveçin Baltik dənizində Rusiyanın qarşısına çıxmağa cəsarət edəcəyi xeyli şübhə doğurur.
Üstəlik, nəzərə alsaq ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin əsas bazası Baltik dənizidir, gözlənilən müharibədə İsveçin şansı yüksək qiymətləndirilə bilməz.
İsveçin sualtı hərbi qüdrətləri suüstü qüvvələrindən daha güclüdür. Rəsmi statistikaya inansaq, 2017-ci ilə qədər bu ölkənin 4 hərbi sualtısı mövcud idi. Bir müddət əvvəl isə daha bir sualtı qayığın İsveç Hərbi Dəniz Qüvvələrinin donanmasına əlavə edildiyi bildirildi. Dolayısıyla 5 sualtı qayıq rus hərbi donanması üçün ciddi hədəf deyil.
İsveçin qərb sahillərini qoruyan hava desant taburu da var. Amma bu taboru da güclü hesab etmək çətindir.
Ölkənin yeganə gözə dəyən çəkindirici gücü Hərbi Hava Qüvvələridir. Məlumata görə, İsveçin 140-160 arasında hərbi təyyarəsi var. Onlardan 60-ı köhnə model “Gripen C / D”, 80-100-ə qədəri isə yeni model “Gripen E” döyüş təyyarələridir. Bir müddət əvvəl İsveç Müdafiə Nazirliyi həmin təyyarələrin uzunmənzilli raketlərlə təchiz ediləcəyi barədə açıqlama vermişdi. Təyyarələrə quraşdırılmış həmin uzunmənzilli raketlərlə Rusiyaya hücumlar etmək ehtimalının nə qədər mümkün olub-olmadığı müzakirə edilirdi. Görünür, hərbi təyyarələrin modifikasiya işlərini tamamlayan İsveç bunu “Rusiyaya hücum etməyə hazırıq” şəkilində dünyaya duyurmağı məsləhət bilib.
Sual oluna bilər: İsveç Rusiyaya faktiki savaş elanı olacaq bu ritorikada cəsarətini hardan alır?
Sözsüz ki, hərbi qüdrəti o qədər də böyük olmayan İsveç bu cür çıxış edərkən NATO qüvvələrinə güvənir. Baxmayaraq ki, o, hələ də NATO üzvü deyil və bu istəyi 2015-ci ildə məhz indi barmaq silkələdiyi Rusiyanın hərbi təhdidləri nəticəsində baş tutmamışdı. Amma rəsmən belə idi.
Əslində isə İsveç 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra NATO ilə əlaqələrini genişləndirməyə başlamışdı. İlhaqın üzərindən bir il keçməmiş ölkə müxalifətinin təklifi ilə İsveç parlamenti NATO-ya qoşulmaq ehtimalını müzakirəyə çıxarmışdı. Rusiyanın təhdidləri nəticəsində Stokolm hökuməti belə bir niyyətlərinin olmadığını açıqlasa da, Alyansla tərəfdaş statusunda əməkdaşlığa qərar vermişdi. 2015-ci ildə qəbul olunan İsveç Müdafiə Qanununa görə, ölkə iqtisadiyyatı xarici hərbi müdaxilələrə hazır vəziyyətə gətirilməli, ictimaiyyətlə bu sahədə ciddi maarifləndirmə işi aparılmalıdır. İsveç Hərbi Qüvvələrinin müfadiə potensialının yaxşılaşdırılmasını da nəzərdə tutan Qanunda ordu qarşısında xarici müdaxilələrə ən azı 30 gün duruş gətirmək vəzifəsi qoyulurdu. 30 gündən sonra isə müttəfiqlərin özünü yetirməsi təxmin edilirdi.
Mütəxəssislər Qanundakı bütün hədəflərin sırf NATO standartları olduğu fikrində həmrəydirlər. Zira NATO Nizamnaməsinin 3-cü maddəsində də xarici dövlətlərin hidrid və silahlı hücumları qarşısında dirənişini, xalqın bu dirənişə hazırlıq gücünü artırmaq kimi öhdəliklər yer alır.
“NATO-nun üzvü olan hər bir ölkə təbii fəlakət, kritik infrastrukturdan imtina, hibrid və ya silahlı hücum kimi ciddi sarsıntılara qarşı dirəniş və onları bərpa etmək üçün davamlılıq imkanına olmalıdır. Davamlılıq cəmiyyətin bu cür sarsıntılara qarşı asanlıqla və tez bir zamanda müqavimət göstərmək və dağıntıları tez bir zamanda bərpa etmək bacarığıdır. Bu prinsip həm vətəndaş hazırlığını, həm də hərbi potensialı özündə birləşdirir. Müttəfiq ölkələrdəki vətəndaş hazırlığı vasitəsilə etibarlı dayanıqlılıq NATO-nun kollektiv təhlükəsizliyi üçün ciddi əhəmiyyət kəsb edir, NATO-nun saxlanılmasına və müdafiəsinə inamı möhkəmləndirir”- NATO Nizamnaməsi Maddə 3.
Prinsip etibarilə NATO-nun bu öhdəlikləri əsasında hazırlanan İsveç Müdafiə Qanunu da ölkənin rəsmən olmasa da, gizli şəkildə Alyansa üzv olduğu ehtimalını təsdiqləyir. İsveç Savunma Qanununun Bəyannamə hissəsindəki bu cümlə də ölkənin çıxacağı gözlənilən Ruiya-NATO qarşıdurmasında Alyansın tərəfində dayanacağını açıq şəkildə ortaya qoyurdu:
“Aİ-yə üzv olan istənilən dövlət və ya Skandinaviya ölkəsi fəlakətlə üzləşərsə və ya hücuma məruz qalarsa, İsveç də passiv qalmayacaq. Biz bu ölkələrdən də, zərər çəkmiş tərəf İsveç olacaqsa, eyni həssasiyyəti gözləyirik. Buna görə də İsveç mülki və hərbi dəstək vermək və almaq mövqeyində olmalıdır”.
Göründüyü kimi, İsveçin bu bəyanı “papadan çox katolik olmağa” bənzəyir və Alyansa öz üzvlərindən daha sıx bağlılığı göstərir. Belə ki, NATO Nizamnaməsinə görə, Alyansın digər üzvləri ümumi təhlükəyə qarşı müdaxilə qərarı verərkən veto hüququna malik olduqları halda, İsveçin üzərinə götürdüyü öhdəlik hər hansı etiraz irəli sürmədən ümumi müdafiə cinahına qoşulmaqdır.
İsveç hökuməti Müdafiə Qanununun tələblərindən irəli gələn vəzifələri müəyyənləşdirərkən 2017-ci ildə hərbi büdcəsini xeyli artırdı və Baltik dənizinin ortasında yerləşən Gotland adasında hərbi mövcudluğunu bərpa etmək qərarına gəldi. Bu isə Rusiyanın Baltikdə yerləşən hərbi dəniz donanmasının yolunu kəsmək, boğazından yapışıb sıxmaq mənasına gəlirdi. Bu baxımdan NATO üzvü belə olmayan İsveçi geosiyasi mövqeyinə görə, Alyansın ən böyük müttəfiqi Türkiyə ilə müqayisə etmək olar. Türkiyə Rusiya Hərbi Donanmasının cənub qüvvələrinin Qara dənizdən Aralıq dənizinə açılan boğazını kəsmək gücündə olduğu kimi, İsveç də Danimarka ilə birlikdə eyni funksiyanı Baltikdə həyata keçirə bilər. Görünür, bu strateji əhəmiyyətinə görə İsveç 1994-cü ildə NATO ilə Sülh Tərəfdaşlığı layihəsinə qoşulmuş, 20 ildən sonra isə Alyansın təkmilləşdirilmiş dialoq və əməkdaşlıq sahəsində xüsusi status alan 5 ölkəsindən biri olmuşdu.
İsveçin antirus mövqeyində tarixi yaddaşının da mühüm rol oynadığını vurğulasaq, yəqin ki, səhv etmərik. Bildiyimiz kimi, 15-ci əsrdən 19-cu əsrə qədər bu iki ölkə arasında 10-dan çox müharibə baş vermiş və əksəriyyəti Rusiyanın qələbəsilə nəticələnmişdi. Dolayısıyla iki dövlətin arasındakı düşmənçiliyin ən azı 500 illik tarixi var və ixtilaf iki tərəfin də geosiyasi maraq dairələrinin toqquşmasından qaynaqlanır. Dövlətləri bir-biri ilə qarşı-qarşıya gətirən bu zəmin qiyamətə qədər ortadan qalxmayacaq. Odur ki, “rus təhlükəsi” mövcud olduqca İsveç özünün yerini qarşı tərəfdə görəcək.
Təsadüfi deyil ki, İsveçi NATO ilə yaxın əməkdaşlığa həvəsləndirən əsas amillərdən biri Rusiyanın Kalininqardda hərbi gücünü artırmasıdır. Krımı ilhaq etdikdən sonra Qərbin ağır basqıları ilə üzləşən Rusiya özünün Baltik dənizindəki anklavı olan Kalininqraddakı hərbi qüvvələrini möhkəmlətdi. Bəzi məlumatlara görə, Moskva bu anklava hətta nüvə silahları da yerləşdirdi. Təbii ki, bu, bütün Avropa ölkələri kimi, tarixi düşmən İsveçi də narahat etməyə bilməzdi. Yeri gələndə əksər Avropa ölkələrindən fərqli olaraq, İsveç Kalininqradla eyni dənizin müxtəlif sahillərini bölüşürlər. Orda baş verən istənilən nüvə təhdidi İsveç üçün də həyatı əhəmiyyət daşıyır.
Üstəlik, Rusiya öz anklavında digər hərbi qüvvələrini gücləndirir ki, bu da Stokholm üçün birbaşa təhdiddir. Sabah NATO ilə Rusiya arasında hərbi gərginlik baş verərsə, bundan ən çox əziyyət çəkən ilk ölkələrdən biri İsveç olacaq. Ona görə Stokholm da hərbi qüdrətini artırmağa çalışır və öz təhlükəsizliyini NATO çətiri altına sığınmaqda görür.
Rusiyanın Baltik dəniziylə Almaniyaya çəkməyə çalışdığı və ABŞ-ın təhlükəsizlik səbəbi və ya bəhanəsi ilə dayandırmağa çalışdığı “Şimal axını-2” qaz kəməri layihəsi də Stokholm üçün ciddi təhlükəsizlik məsələsinə çevrilib. Bilindiyi kimi, bir çox mütəxəssislər bu qaz kəmərinə təkcə iqtisadi layihə kimi baxmırlar. Onların iddiasına görə, Baltik dənizinin dibindən keçən boru kəmərinə quraşdırılmış təhlükəsizlik kameraları həm də sualtı hərəkətliliyi izləyir. İsveçin Hərbi Dəniz Donanmasının əsasını sualtı qayıqlar təşkil etdiyini nəzərə alsaq, görərik ki, bu durum İsveçin təhlükəsizliyini təhdid edir.
Digər tərəfdən İsveç soyuq ölkədir. Bu ölkənin iqtisadi-ictimai həyatında karbohidrogen enerji qaynaqları çox mühüm rol oynayır. Ən əsası isə ölkənin bütün iqtisadi həyatı “sıfır ehtiyat” prinsipinə əsaslanır. Başqa sözlə desək, İsveç hər hansı qəzanı belə, nəzərə almadan gündəlik ehtiyacları üzrə hərəkət edən dövlətdir. Bu ölkənin təbii qaz, neft və elektrik enerjisi ehtiyatları demək olar ki yoxdur. 2017-ci ildə qurulan İsveç Müdafiə Komisiyasının başlıca vəzifələrindən biri də alternativ enerji mənbələri tapmaqdır. İsveç Rusiyanın “Şimal axını-2” kəmərindən qaz almağı planlaşdırsa da, həyatı önəm daşıyan enerji təhlükəsizliyini Moskvaya buraxmaq istəmir. Əks halda qışın soyuq aylarında Moskvanın kəmərini bağlaması İsveç üçün böyük fəlakətə səbəb ola bilər. Nədən ki, 1222 km. uzunluğuna malik olan “Şimal axını-2” kəmərinin hardasa yarısı - 514 km İsveçin dəniz sularından keçir. Di gəl ki, İsveçin himayəsinə bel bağladığı ABŞ bu kəmərin çəkilməsinə qarşıdır və bu da Stokholm qarşısında qeyri-müəyyənliklər yaradır.
İsveç həm də ekologiyaya ciddi önəm verən ölkədir və Rusiyanın Antarktikada qaz çıxarmaq planları da Stokholmun ekoloji siyasətinə tərs gəlir. Rəsmi Stokholm dəfələrlə Rusiyanın Şimal qütbündə qaz axtarma fəaliyyətinə qarşı çıxmış, bunun həmin ərazidəki buzlarların əriməsinə və qlobal fəlakətə yol açacağını vurğulamışdı. Bütün bunlar isə istər-istəməz İsveçin “Şimal axını-2” layihəsinə də marağını azaldır və iki dövlət arasındakı gərginliyi gücləndirir.
Yuxarıda zikr etdiyimiz amilləri nəzərə alanda İsveçin Rusiyaya qarşı müharibəyə hazır olduğunu vurğulamasının önəmli səbəblərini anlaya bilərik.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar