Xəbər lenti

Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq çox uğurla inkişaf edir, Rusiya assosiasiyanın bütün üzv ölkələri ilə qarşılıqlı əlaqəni yüksək qiymətləndirir və münasibətləri tərəfdaşlıq prinsipləri əsasında qurur.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Aİİ ölkələri liderlərinin bugünkü toplantısında deyib.

Qazaxıstan Prezidenti Tokayevin sözlərinə istinad edən Rusiya lideri Aİİ-də əsas benefisiarın Ermənistan olduğunu bildirib:

“Çünki Ermənistan ən yüksək iqtisadi artım tempinə malikdir”.

Ermənistan Baş naziri Paşinyan Putinin sualını cavablandırarkən bildirib ki, ölkədə ÜDM artımı 12,1% təşkil edir.

"Bu, çox ciddi rəqəmdir, çox ciddidir”, - deyə Putin Paşinyana 

bildirib.





Ana səhifəyə qayıt        Baxış: 3 148          Tarix: 25-05-2023, 15:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma