Türkiyədə prezident seçkisi başa çatdıqdan sonra gündəmdə olan əsas məsələlərdən biri də Rəcəb Tayyib Ərdoğanın yola hansı nazirlərlə davam edəcəyidir.
Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkisinin yekun nəticələrini 1-2 gün ərzində açıqlaması gözlənilir.
MHP sədri Dövlət Bağçalı ən yaşlı üzv olaraq yeni prezident seçilənə qədər 28-ci çağırış parlamentə müvəqqəti sədr kimi rəhbərlik edəcək.
Məclis sədri kimi Ankaradan deputat seçilən Fuat Oktay, Şanlıurfadan deputat seçilən Bekir Bozdağ və İstanbuldan millət vəkili seçilən Numan Kurtulmuşun adları çəkilir.
Deputatlar and içdikdən sonra parlament prezidentin və onun kabinetinin inaqurasiyasına hazırlaşacaq. Seçki təqviminə əsasən, MSK prezident seçkisinin yekun nəticəsini iyunun 1-də açıqlayacaq və nəticəni Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərəcək. Prezident seçkisi qanununa əsasən, 13-cü prezident bu tarixdən etibarən 3 gün ərzində parlamentdə and içəcək.
Ərdoğanın qərarı ilə səhiyyə, mədəniyyət və turizm nazirləri xaric 15 nazir deputat oldu. Ərdoğanın yalnız millət vəkili seçilmiş 3 nazirlə yoluna davam edə biləcəyi bildirilir. Həmin şəxslər milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu olaraq sadalanır.
28-ci çağırış parlamentdə Cümhur İttifaqını 322, Millət İttifaqını isə 212 deputat təmsil edəcək.
Parlamentdə Ədalət və İnkişaf Partiyası, CHP, Yaşıl Sol Partiya, MHP və İYİ Partiya da daxil olmaqla, ümumilikdə 16 partiya təmsil olunacaq.
Mənbə: Haber Global
Paylaş: