Xəbər lenti

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Sinqapurda keçirilən illik təhlükəsizlik konfransında çinli həmkarının onunla görüşməkdən imtina etdiyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hər il keçirilən “Shangri-La Dialogue” Asiya təhlükəsizlik sammitinə gedərkən Ostin Yaponiyanın Müdafiə naziri Yasukazu Hamada ilə danışıqlar aparıb.

O, Tokioda keçirilən birgə mətbuat konfransında Çinin “beynəlxalq hava məkanında və su yollarında getdikcə daha aqressiv hərbi fəaliyyət göstərdiyini” qeyd edib .

Xatırladaq ki, ki, bu həftənin çərşənbə günü Çin qırıcı təyyarəsi Cənubi Çin dənizi üzərində ABŞ-ın kəşfiyyat təyyarəsinə "aqressiv şəkildə" yaxın uçub və amerikalı pilotu başqa marşruta keçməyə məcbur edib.

"İşləri bir anda nəzarətdən çıxa biləcək bir hadisə baş verə bilər və mən bundan çox narahatam", - deyə, Ostin qeyd edib.

Qeyd edək ki, Çin Milli Müdafiə naziri Li Şanqfu Pentaqon rəhbəri ilə görüşdən imtina etsə də, Yakodzu Hamada ilə dialoqdan qaçmayıb.

Yaponiya və Çin gərgin bölgədə təsadüfi toqquşmaların qarşısını almaq üçün mart ayında qaynar xətti təsis ediblər. Hamada və Li həmin xətt üzrə ilk dəfə ünsiyyət quqrublar. Maraqlıdır ki, Lloyd Ostinin eyni xətt üzrə çinli həmkarına zəngləri cavabsız qalıb.




Ana səhifəyə qayıt        Baxış: 2 782          Tarix: 1-06-2023, 19:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma