Xəbər lenti

Türkiyənin 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığının komando batalyonu Kosovaya göndəriləcək.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

“Türkiyə BMT, NATO, Aİ və ATƏT missiyaları və ikitərəfli əlaqələr çərçivəsində regional və qlobal səviyyədə sülh və sabitliyə töhfə verməkdə davam edir.

Bu çərçivədə ölkəmiz ortaq tarixi və mədəni dəyərlərə malik olduğumuz Balkan Ölkələrində baş verən hadisələri yaxından izləyir. Son günlərdə dost və qardaş Kosovonun şimalında baş verən, regional təhlükəsizliyə və sabitliyə zərər vuran son hadisələrin dialoq yolu ilə həlli üçün konstruktiv mövqe sərgiləyir və tərəfləri təmkinli olmağa çağırır”, - deyə açıqlamada qeyd edilib.

Kosovoda baş verən hadisələrdən sonra NATO Birləşmiş Qüvvələr Komandanlığı/Napoli (İtaliya) tərəfindən edilən müraciət əsasında 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığının (Lüleburgaz) komando batalyonu ehtiyat birlik olaraq təyin edilib.

Təyin olunmuş batalyonun 4-5 iyun 2023-cü il tarixlərində Kosovodakı Sultan Murat kazarmasına sövq edilməsi planlaşdırılır.

Mənbə: Haber Global




Ana səhifəyə qayıt        Baxış: 3 003          Tarix: 3-06-2023, 18:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma