Xəbər lenti

Artıq Rusiya Prezidenti Vladimir Putinin ətrafında Ukraynaya qarşı başlayan müharibənin uduzulduğunu anlayan müəyyən bir qrup insan formalaşıb.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.

O, Ukrayna ordusunun əks-hücum əməliyyatı zamanı əldə etdiyi ilk böyük uğurun Rusiya daxilində geridönməz siyasi dəyişikliklərin tətikçisi olacağını vurğulayıb:

"Bir il əvvəl Putin Şoyqu və Gerasimovu gözdən salmaq üçün Priqojini "zəncir"dən azad etdi və indi Priqojin artıq müharibə ideyasını gözdən salır. Bu faciəyə atılan əsgərlər gözlərini açanda bunu edənlərin hamısını parçalayacaqlar".




Ana səhifəyə qayıt        Baxış: 2 754          Tarix: 4-06-2023, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma