Xəbər lenti

Xəbər verdiyimiz kimi, yanvarın 29-da ABŞ Maliyyə Nazirliyi "Kreml hesabatı" adıyla artıq xeyli məşhurlaşmış sənədi Konqresə təqdim edib.Rusiya rəsmilərinə və oliqarxiyasına sanksiyaları nəzərdə tutan bu sənədin əsas hissəsi məxfi saxlansa da, ictimaiyyət üçün açıqlanan hissəsində ABŞ hökuməti Putinin çevrəsi kimi kimləri cəzalandırmaq niyyətində olduğunu açıq şəkildə nümayiş etdirib. 

Strateq.az xarici mətbuata istinadən, ABŞ Maliyyə Nazirliyinin Konqresə təqdim etdiyi hesabatda adları yer almış Rusiyadan olan 210 nəfərin tam siyahısını təqdim edir:.

 

Prezident Administrasiyası

 

1. Vayno Anton Eduardoviç – RF prezidenti Administrasiyasının rəhbəri

2. Qromov Aleksey Alekseyeviç – RF prezidenti Administrasiyası rəhbərinin I müavini

3. Kiriyenko Sergey Vladilenoviç – RF prezidenti Administrasiyası rəhbərinin I müavini

4. Maqomedov Maqomedsalam Maqomedalieviç – RF prezidenti Administrasiyası rəhbərinin müavini

5. Ostrovenko Vladimir Yevgenyeviç – RF prezidenti Administrasiyası rəhbərinin müavini

6. Peskov Dmitri Sergeyeviç – RF prezidenti Administrasiyası rəhbərinin müavini, RF prezidentinin mətbuat katibi

7. Kitayev Vladislav Nikolayeviç – RF prezidenti protokolunun rəhbəri

8. Belousov Andrey Removiç – RF prezidenti köməkçisi

9. Brıçyova Larisa İqoryevna – RF prezidenti köməkçisi, RF prezidenti Dövlət-Hüquq İdarəsinin rəisi

10. Surkov Vladislav Yuryeviç – RF prezidenti köməkçisi

11. Levitin İqor Yevgenyeviç – RF prezidenti köməkçisi

12. Kojin Vladimir İqoreviç – RF prezidenti köməkçisi

13. Uşakov Yuri Viktoroviç – RF prezidenti köməkçisi

14. Fursenko Andrey Aleksandroviç – RF prezidenti köməkçisi

15. Tsukanov Nikolay Nikolayeviç – RF prezidenti köməkçisi

16. Çuyçenko Konstantin Anatolyeviç – RF prezidenti köməkçisi, RF prezidenti Nəzarət İdarəsinin rəisi

17. Şkolov Yevgeni Mixayloviç –      RF prezidenti köməkçisi

18. Şeqolyev İqor Oleqoviç – RF prezidenti köməkçisi

19. Bedritski Aleksandr İvanoviç – RF prezidenti müşaviri, iqlim məsələləri üzrə RF prezidentinin özəl təmsilçisi

20. Qlazyev Sergey Yuryeviç – RF prezidenti müşaviri

21. Qriqorov Sergey İvanoviç – RF prezidenti müşaviri

22. Klimenko German Sergeyeviç – RF prezidenti müşaviri

23. Kobyakov Anton Anatolyeviç – RF prezidenti müşaviri

24. Levitskaya Aleksandra Yuryevna – RF prezidenti müşaviri

25. Tolstoy Vladimir İlyiç –  RF prezidenti müşaviri

26. Fedotov Mixail Aleksandroviç – RF prezidenti müşaviri, vətəndaş cəmiyyətinin inkişafı və insan haqları üzrə Şuranın sədri

27. Yakovlyev Veniamin Fyodoroviç – RF prezidenti müşaviri

28. Muravyov Artur Alekseyeviç – RF prezidentinin Federasiya Şurasında səlahiyyətli təmsilçisi

29. Minx Harri Vladimiroviç – RF prezidentinin Dövlət Dumasında səlahiyyətli təmsilçisi

30. Krotov Mixail Valentinoviç – RF prezidentinin Konstitusiya Məhkəməsində səlahiyyətli təmsilçisi

31. Kuznetsova Anna Yuryevna – Prezident yanında uşaq hüquqları üzrə müvəkkil

32. Titov Boris Yuryeviç – Prezident yanında iş adamlarının hüquqlarının müdafiəsi üzrə müvəkkil

33. Babiç Mixail Viktoroviç – RF prezidentinin Privoljsk federal dairəsində səlahiyyətli təmsilçisi

34. Beqlov Aleksandr Dmitriyeviç – RF prezidentinin Şimali-Qərb federal dairəsində səlahiyyətli təmsilçisi

35. Belaventsev Oleq Yevgenyeviç – RF prezidentinin Şimali Qafqaz federal dairəsində səlahiyyətli təmsilçisi

36. Qordeyev Aleksey Vasilyeviç – RF prezidentinin Mərkəzi federal dairədə səlahiyyətli təmsilçisi

37. Menyaylo Sergey İvanoviç – RF prezidentinin Sibir federal dairəsində səlahiyyətli təmsilçisi

38. Ustinov Vladimir Vasilyeviç – RF prezidentinin Cənub federal dairəsində səlahiyyətli təmsilçisi

39. Xolmanskix İqor Ryurikoviç – RF prezidentinin Ural federal dairəsində səlahiyyətli təmsilçisi

40. Manjosin Aleksandr Leonidoviç – RF prezidentinin xarici siyasət üzrə idarəsinin rəisi

41. Çernov Vladimir – RF prezidentinin bölgələrarası və xarici ölkələrlə mədəni əlaqələr üzrə idarəsinin rəisi

42.Qovorun Oleq – RF prezidentinin MDB dövlətləri, Abxaziya Respublikası və Cənubi Osetiya Respublikası ilə sosial-iqtisadi əməkdaşlıq üzrə İdarə rəisi

 

Nazirlər Kabineti

 

İkinci bölməyə baş nazir Dmitri Medvedyev, bütün müavinləri, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu daxil olmaqla Rusiya hökumətinin bütün üzvləri düşüb.

43. Dmitri Medvedyev – baş nazir

44. İqor Şuvalov – RF prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli təmsilçisi, hökumət sədrinin birinci müavini (2008-in mayından)

45. Sergey Prixodko – RF prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli təmsilçisi

46. Vitali Mutko – RF prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli təmsilçisi, hökumət sədrinin müavini, keçmiş idman naziri; bununla ad çıxarıb ki, 2014-cü il Soçi olimpiadasında dopinq qalmaqalıyla bağlı Beynəlxalq Olimpiya Komitəsi tərəfindən iştirakdan ömürlük məhrum olunub.

47. Aleksandr Xloponin – RF prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli təmsilçisi, hökumət sədrinin müavini

48. Arkadi Dvorkoviç – RF prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli təmsilçisi, hökumət sədrinin müavini  

49. Olqa Qolodets – RF prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli təmsilçisi, hökumət sədrinin müavini 

50. Dmitri Roqozin – RF prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli təmsilçisi, hökumət sədrinin müavini, Krımın ilhaqıyla bağlı 2014-cü ildən ABŞ, Kanada və AB-yə səfəri yasaqlanmış Rusiya siyasətçiləri və biznesmenlərinin siyahısındadır.

51. Dmitri Kozak – RF prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli təmsilçisi, hökumət sədrinin müavini, Krımın ilhaqıyla bağlı 2014-cü ildən ABŞ, Kanada və AB-nin sanksiya siyahısındadır.

52. Yuri Trutnyev – RF prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli təmsilçisi, hökumət sədrinin müavini

53. Sergey Lavrov – xarici işlər naziri

54. Sergey Şoyqu – müdafiə naziri

55. Aleksandr Tkaçov – RF prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli təmsilçisi, kənd təsərrüfatı naziri. 2014-cü ildən AB və Kanadanın sanksiya siyahısındadır. Hələ Krasniodar diyarının qubernatoru kimi o siyahıya daxil edilib.

56. Mixail Abızov – RF prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli təmsilçisi, RF naziri

57. Olqa Vasilyeva – RF prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli təmsilçisi, təhsil və elm naziri

58. Aleksandr Qaluşka – Uzaq Şərqin inkişafı üzrə nazir

59. Sergey Donskoy – RF prezidentinin Uzaq Şərq federal dairəsində səlahiyyətli təmsilçisi, təbii ehtiyatlar və ekologiya naziri

60. Pavel Kolobov – idman naziri

61. Denis Manturov – sənaye və ticarət naziri

62. Aleksandr Konovalov – ədliyyə naziri

63. Lev Kuznetsov – Şimali Qafqaz məsələləri üzrə nazir

64. Vladimir Medinski – mədəniyyət naziri

65. Mixail Men – inşaat və mənzil-kommunal təsərrüfatı naziri

66. Nikolay Nikiforov – rabitə və kütləvi kommunikasiyalar naziri

67. Aleksandr Novak – energetika naziri

68. Maksim Oreşkin – iqtiasdi inkişaf naziri    

69. Vladimir Puçkov – mülki müdafiə, fövqəladə durumlar və təbii fəlakət nəticələrinin aradan qaldırılması işləri üzrə nazir

70. Anton Siluanov – maliyyə naziri

71. Veronika Skvortsova – səhiyyə naziri

72. Maksim Sokolov – nəqliyyat naziri

73. Vladimir Kolokoltsev – daxili işlər naziri

74. Maksim Topilin – əmək və sosial müdafiə naziri

 

Başqa yüksəkçinli siyasi liderlər

 

75. Valentina Matviyenko – Federasiya Şurasının spikeri. O, Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan adam kimi hələ 2014-cü il martın 17-də ABŞ-ın sanksiya siyahısına düşüb. 2014-cü il martın 1-də məhz Federasiya Şurası RF prezidenti Vladimir Putinə Ukraynaya qoşun yeritmək icazəsi verib.

76. Sergey Narışkin – Xarici Kəşfiyyat Xidmətinin rəhbəri. ABŞ və AB-nin sanksiya siyahısına ilk dəfə Ukraynanın ərazi bütövlüyünün pozulmasına, yəni Krımın qanunsuz ilhaqı və Donetsk və Luqansk vilayətlərinin bir hissəsinin işğalına görə düşüb. 2015-ci ildə Finlandiyaya səfərini rədd ediblər. 2015-ci ilin sentyabrında Ukraynanın sanksiya siyahısına daxil edilib.

77. Vyaçeslav Volodin – Dövlət Dumasının spikeri. 2016-cı ilədək prezident Putin administrasiyası başçısının maüvini olub. Krımın qanunsuz işğalına görə 2014-cü ilin aprelində ABŞ-ın sanksiyası altına düşüb.

78. Sergey İvanov – ekologiya və nəqliyyat məsələləri üzrə prezidentin özəl təmsilçisi. Krımın qanunsuz işğalına görə hələ 2014-cü il martın 20-də ABŞ-ın sanksiyasına məruz qalıb. O dövrdə Vladimir Putin administrasiyasının rəhbəri idi.

79. Nikolay Patruşev – RF Təhlükəsizlik Şurasının katibi

80. Vladimir Bulavin – Federal Gömrük Xidmətinin başçısı

81. Valeri Gerasimov – müdafiə nazirinin birinci müavini, RF Baş Qərargahı rəisi

82. İqor Korobov – RF Baş Kəşfiyyat İdarəsinin (QRU-tərc.) rəisi. Artıq 2016-cı ilin dekabrından “ABŞ-da demokratiyanı sarsıtmaq üzrə fəaliyyətlə” bağlı ABŞ-ın sanksiyasındadır. Suriyada Rusiya kəşfiyyatçılarının fəaliyyətinə rəhbərlik edib. Putin 2017-ci ildə onu RF Qəhrəmanı rütbəsiylə təltif edib.

83. Rəşid Nurqaliyev – RF Təhlükəsizlik Şurası katibinin müavini

84. Georgi Poltavçenko – Sankt-Peterburqun qubernatoru

85. Sergey Sobyanin – Moskva meri

86. Yuri Çayka – RF Baş prokuroru

87. Aleksandr Bastırkin – İstintaq Komitəsinin sədri. 2017-ci il yanvarın 9-dan “Maqnitski siyahısı”nda ABŞ-ın sanksiyasındadır.

88. Viktor Zolotov – RF Milli Qvardiyasının baş komandanı

89. Dmitri Koçnyev – Federal Mühafizə Xidmətinin rəhbəri

90. Aleksandr Bortnikov – Rusiya FTX direktoru

91. Andrey Artizov – Federal Arxiv Agentliyinin direktoru

92. Yuri Çixançin – Federal Maliyyə Monitorinqinin direktoru

93. Aleksandr Linets – prezidentin özəl proqramları Baş İdarəsinin rəisi

94. Aleksandr Kolpakov – prezidentin işlər müdiri

95. Valeri Tixonov – RF  Dövlət Feldyeger Xidmətinin başçısı

96. Aleksey Miller – “Qazprom”un icraçı direktoru

97. İqor Seçin – “Rosneft”in rəhbəri. 2014-cü il aprelin 28-də ona qarşı sanksiyalar tətbiq edilib. Amerika vətəndaşlarına onunla istənilən işgüzar təmas yasaqlanıb. 

98. German Qref – Rusiya “Sberbank”ı idarə heyətinin sədri

99. Oleq Belozerov – “Rusiya dəmiryolları” dövlət şirkətinin baş direktoru

100. Andrey Kostin – VTB-nin idarə heyətinin prezidenti

101. Sergey Çemezov – “Rostex” korporasiyasının baş direktoru. Krımın qanunsuz ilhaqı və Donbasdakı zorakılıqda əli oduğuna görə 2014-cü ildə ABŞ və AB-nin sanksiyalar siyahısına düşüb.

102. Oleq Budarqin – ABŞ-ın siyahısında  “Rusiya şəbəkələri” İctimai səhmdar cəmiyyətinin baş direktoru kimi göstərilib.

103. Kovalçuk Boris – “İnterRAO” idarə heyətinin sədri

104. Lixaçov Aleksey – “Rosatom”un baş direktoru

105. Tokaryev Nikolay – “Transneft” idarə heyətinin sədri

106. Akimov Andrey – “Qazprombank” idarə heyətinin sədri

107. Maqanov Nail – “Tatneft”in baş direktoru

108. Savelyev Vitali – "Aeroflot" İdarə Heyətinin sədri

109. Andrey Şişkin – "ANK Başneft" İdarə Heyətinin sədri

110. Slyusar Yuri – İdarə Heyətinin sədri, “Birləşmiş Aviainşaat  Korporasiyası”nın prezident.

111. Şulqinov Nikolay – "RusQidro" İdarə Heyətinin sədri

112. Gorkov Sergey – "Vneşekonombank" ın sədri

113. İvanov Sergey – "Alrosa" nın prezidenti

114. Roman Daşkov – “Saxalin Enerji” İdarə Heyətinin sədri

 

Oliqarxların siyahısı

 

115. Aleksandr Abramov – Rusiya “Yevraz” dağ-metallurgiya şirkəti səhmlərinin (21.38%) sahibidir. 

116. Roman Abramoviç – “Norilsk nikel”in səhmlərinin 6, 28% -ə sahibdir. Əsas kapitalı “Yevraz” (31%), “”Birinci kanal” (24%), daşınmaz əmlakdır. Bir təyyarə, bir neçə yaxta, ən azı, 1 milyard dollar dəyərində incəsənət əşyaları toplusu və İngiltərənin "Çelsi" futbol klubunin sahibidir.

117. Araz Ağalarov – daşınmaz əmlakla məşğul olan “Crocus Group” şirkətlər qrupunun prezidenti və sahibi. 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Kuboku üçün iki stadion tikir.

118. Fərhad Əhmədov – şirə istehsalı üzrə “Aznar” şirkətinin İdarə Heyətinin sədri və sahibidir. 2012-ci ildə "Nortqaz" -in səhmlərini   uğurla 1,375 milyard $-a satıb, vəsaiti "Novatek", "LUKoyl", "Qazprom", "NorNikel", “Sberbank” və “Maqnit”ə qoyub.

119. Vahid Ələkbərov – ən zəngin rusiyalılardan biridir (sərvəti 14,5 milyard $-dır). 1993-cü ildən Rusiyanın böyük “LUKoyl” neft şirkətinin prezidenti və ortağıdır.

120. İqor Altuşkin – Rusiyada mis istehsalı üzrə üçüncü ən böyük şirkət  "Rusiya Mis Şirkəti" səhmlərinin 80%-ə sahibdir.

121. Aleksey Ananyev – Rusiyanın “Promsvyazkapital" holdinqinin həmsahibidir. “Promsvyazbank”, IT-şirkət, "Texnoser", "Arqumentı i Faktı" nəşriyyat evi və s. bura daxildir. 

122. Dmitri Ananyev – qardaşı Alekseylə birgə "Promsvyazcapital" holdinqinin həmsahibidir. Həmçinin “Vozrojdeniye” bankının direktorlar şurasına daxildir. Hazırda Rusiyadan kənardadır.

123. Vasili Anisimov – “Coalco” (daşınmaz əmlak) şirkətinin sahibi və “Qazmetal”ın həmsahibidir. “Coalco”nun torpaqlarında Putinə ən yaxın oliqarxlar baş evləri inşa ediblər.

124. Roman Avdeyev – "Moskva Kredit Bank" səhmlərinin  55,73%-nin və “Həmrəylik” qeyri-dövlət təqaüd fondunuin 87% səhminin sahibidir.

125. Pyotr Aven – səhmdardır – LetterOne Holdings (Dea; Vimpelcom, 56,2%; Turkcell, 13,22%). “Alfa-Bank”-da 12,4% payı var.

126. Yelena Baturina – "Inteko" investisiya-inşaat korporasiyasının, habelə “Qazprom” və “Sberbank” səhmlərinin sahibi olub. 2011-də “İnteko”nu sataraq biznesini xaricə köçürüb.

127. Aleksey Boqaçov – “Sistema” bankı Müşahidə Şurasının sədri və “Maqnit” pərakəndə satış şirkətinin ortağıdır. 

128. Vladimir Boqdanov – "Surqutneftegaz" ASC-nin baş direktoru və ortağıdır.

129. Leonid Boquslavski – “ru-Net Ventures”-ion direktorlar şurasının sədridir. “Ozon”, “Delivery Hero” (alman food çatdırılması online xidmət), “Snapdeal”-də (Indian Market Place) pay sahibidir.

130. Andrey Bokarev – "Ural Dağ-Metallurgiya şirkəti”, "Transmaşholdinq", "Transneft", "Kuzbassrazrezuglja"da  səhm sahibidir. 

131.Oleq Boyko – Finstar investisiya holdinqinin prezidentidir.

132. Nikolay Buynov – İrkutsk Neft Şirkəti İdarə Heyətinin prezidentidir.

133. Oleq Deripaska – "Basic Element"ın Müşahidə Şurasının sədri, “UC Rusal”ın prezidentidir. “GAZ Group”-a, “İnqosstrax"a (maliyyə xidmətləri), "Bazel Aero" (Krasnodar bölgəsindəki aeroportlara) və “Kuban” aqroholdinqinə nəzarət edir. KİV-lər Deripaska və Pol Manafortun malıiyyə əlaqələrindən yazıb.

134. Aleksandr Caparidze – “Буровая Компания Евразия” şirkətnin səhmdarıdır.

135. Leonid Fedun – "LUKoil"un səhmlər zərfi (9,8%), "IFD Kapital"ın sahibidir və ASC-nin səhmlərinin 19,9% "Holdinqin kəşfi” şirkətində paya malikdir. 

136. Qleb Fetisov – özəl yatırımçı və keçmiş senatordur.

137. Mixail Fridman – “Alfa Group”un ortağıdır, bu qrupa “Alfa Bank”, “Alfa Sığorta”, “Alfa-Eko” və s. daxildir. “X5 Retail Group”, “Independence auto dealership holding” və “Türksell”-də paya malikdir. "Altimo" şirkəti vasitəsilə “Vimpelcom” (Bilayn) şirkətinin 25% -nə sahibdir. Ukraynada öz biznesi var.

138. Aleksandr Frolov – “Yevraz" mədən-metallurgiya qrupunun prezidentidir. Ortaqları Roman Abramoviç və Aleksandr Abramovdur.

139. Filaret Qalçev – əsas səhmdarı və ASC "Eurocement Group" QSC-nin (Rusiya ən böyük sement istehsalçısı) əsas səhmçisi və  Direktorlar Şurasının sədridir.

140. Sergey Qalitski – böyük “Maqnit” pərakəndə satış şəbəkəısinin qurucusu və ortağı, "Krasnodar" FK-nın prezidenti və sahibi, VTB Bank Müşahidə Şurasının üzvüdür. Vladimir Putin ona "sahibkarlığın inkişafı sahəsində xidmətlərinə görə" təltif edib.

141. Valentin Qapontsev – “IPG Photonics” şirkətinin baş direktoru və İdarə Heyətinin sədridir.

142. Sergey Gordeyev – PIK tikinti şirkətinin prezidenti və əsas səhmdarıdır. Partnyorlar – Aleksandr Mamut və Mikayıl Şişxanovdur.

143. Andrey Quryev – ailəsilə birlikdə "FosAgro" mineral gübrələr istehsalçısının sahibidir (48.48%). Mixail Xodorkovskinin köhnə biznes tərəfdaşıdır və patriarx Kirillin uzun müddət dostu olub.

144. Yuri Quşin – “Quta” şirkətinin təsisçisi və İdarə Heyətinin sədri.  "Hamı üçün sağlamlıq" xeyriyyə cəmiyyətinin prezidentidir. Beşulduzlu mehmanxanaların sahibidir: Moskvada "Savoy" və Seyşel adasında “Savoy Resort & Spa” otelləri.

145. Mixail Qutseriyev – "Safmar" sənaye və maliyyə qrupunun əsas sahibi. “Forbes”in məlumatına görə, Qutseriyevlər ailəsi neçə ildir ki, 9.91 milyard dollarlıq birgə sərvətlə Rusiyada ən zəngin ailə sayılır. Putin 2017-ci ildə "Media sənayesinin inkişafı və səmərəli fəaliyyətində uzun illərin böyük töhfəsinə görə" ona Şərəf ordeni təqdim edib. Qutseriev 8 radiostansiyanın sahibidir.

146. Sait-Salam Qutseriyev – keçmiş millət vəkili, "Safmar" sənaye və maliyyə qrupunun ortağı.

147. Zarax İliyev – “Kiyev meydanı” qrupunun ortağı (50%), Moskvada daşınmaz əmlak sahibidir.

148. Dmitri Kamenşik – DME (Domodedovo hava limanı və  "Aerotropolis") İdarə Heyətinin sədri.

149. Vyaçeslav Kantor – Mineral gübrələr istehsalçısı “Akron" holdinqinin əsas sahibi (84,5%), Avropa Yəhudi Konqresinin prezidentidir. Putin ona “Şərəf ordeni” təqdim edib, o da öz növbəsində prezidentin siyasətini dəstəkləyir.  

150. Samvel Karapetyan – "Taşir" sənaye-tikinti şirkətlər qrupunun prezidenti.

151. Yevgeni Kasperski – Evgeny Kaspersky "Kaspersky Lab"-ın  əsas təsisçisi, əsas sahibi və hazırkı başçısı.

152. Sergey Katsiev – "Mercure Group"un ortağıdır. İqor Kesayevin şərikidir.

153. Süleyman Kərimov – “Polyus” şirkəti səhmlərinin 82,44%-i, Mahaçqala beynəlxalq hava limanı Kərimovlar ailəsinə məxsusdur.

154. İqor Kesayev – “Merkuri” Qrupunun, “Megapolis” paylama qrupu (Rusiyada ən böyük siqaret satıcısı) və DIXY Group səhmlərinin 36%-inin sahibidir.

155. Danil Xaçaturov – "Rosqosstrax" sığorta şirkətlərinin keçmiş prezidenti. 2016-cı ildə "Rosqosstrax" şirkətinin sığorta bazarında payı 10,5% təşkil edib.

156. German Xan – “Alfa Group”-un əsas səhmdarıdır. Peter Aven və İskəndər Makhmudovla birgə ova çıxmağı xoşlayır.

157. Viktor Xaritonin – "Farmstandart" əczaçılıq holdinqinin İdarə Heyətinin sədri. Roman Abramoviçlə yaxındır.

158. Aleksandr Klyaçin – "Aztimut Hotels" şirkətinin qurucusu və sahibi, "Metropol" otelinin sahibi.

159. Pyotr Kondraşov – Rusiyanın “Silvinit” şirkətinin ən böyük sahibi. Rusiyada maqneziumun 60% -i istehsal edən “Solikamsk” şirkətini alıb.

160. Andrey Kosoqov – “Alfa Group”-un qurucu və əsas səhmdarlarından biridir.

161. Yuri Kovalçuk – Putinin yaxın dostu və "şəxsi kassiri" sayılır. 1996-cı ildə Putinin qurduğu “Göl” yay kottec kooperativinin payçılarından biri idi. 2014-cü ilin mart ayında ABŞ-ın sanksiyalar siyahısına düşənn “Rossiya” bankının əsas səhmdarıdır (39,8%). Bundan sonra Putin bankda prezident maaşının köçürüldüyü hesab açıb. “Rossiya” bankı 2016-cı ilin yazında “Panama sənədləri”ndə üzə çıxıb. Məlum olub ki, Kovalçuk və “Rossiya” bankı məxsusi yaradılmış və RF prezidentinin başqa bir dostu Sergey Rolduqinlə bağlı offşorlar şəbəkəsinin tərkib hissəsi olan “Sandalwood Continental Ltd” offşor şirkətinə, ən azı, 1 milyard dollar köçürüb.  

162. Andrey Kozitsın – Ural Mədən və Metalurgiya şirkəti və UMMC-Holdinqin baş direktorudur.

163. Aleksey Kuzmiçev – “Letter One Holdings”in İdarə Heyətinin və "Alfa-Qrup" Müşahidə Şurasının üzvüdür. Dolayı şəkildə "VimpelCom" mobil rabitə operatoruna (10%), "Alfa-Bank"a (18%) və Rusiyanın ən böyük qida qrupu "Reteyl X5"-ə (11%) nəzarət edir.

164. Lev Kvetnoy – Rusiyada ikinci ən böyük istehsalçı “Novoroscement”in və “Milli Standart” bankın sahibidir. “Qazmetall" şirkəti üzrə Əlişir Usmanov və Andrey Skoçun köhnə ortağıdır.

165. Vladimir Lisin – Rusiyanın ən zəngin insanların siyahısında 3-cü yerdədir. Sərvəti 16 milyard dollardan çox qiymətləndirilir. “NLMK”  metallurgiya şirkətləri qrupuna nəzarət edir. “Universal Cargo Logistics” nəqliyyat şirkətinin sahibidir.

166. Anatoli Lomakin – Beynəlxalq Kalium Şirkəti və “İnvestinşaat” şirkətinin 50%-ə sahibdir.

167. Ziyavudin Maqomedov – nəqliyyat, energetika və aqrar sahələrdə müəssisələri birləşdirən “Summa” şirkətlər qrupunun sahibidir.  “HyperLoop”a sərmayə qoyub.

168. İqor Makarov – neft-qaz biznesiylə məşğul "Areti" holdinqinin sahibidir. 2013-cü ilədək onun şirkəti "Itera" adlanıb və Ukraynada Mərkəzi Asiya qazının tədarükü ətrafında baş verən korrupsiya qalmaqallarından görə tanınmışdı. 2013-cü ildə “Itera” Rosneft tərəfindən alınıb.

169. İskəndər Mahmudov – Ural dağ-mədən və metallurgiya şirkətində, “Kuzbassrazrezuq”da, “Transmaşholdinq” və “Kalaşnikov” konsernində  payı var.

170. Aleksandr Mamut – RF-də ən böyük gümüş istehsalçısı “Polimetall”da və Moskvada ən böyük bina inşaatçılarından “PİK”də zərfə sahibdir.

171. Andrey Melniçnko – Sibir Kömür Energetrikası şirkətində və gübrə istehsalı sahəsində nəzarət səhmləri zərfinə sahibdir.

172. Leonid Mixelson – 18,4 milyard dollar sərvəti ilə 2017-ci ildə  Rusiyanın ən varlı adamı sayılıb. “Novatek” qaz hasilatçısı şirkəti idarə heyətinin sədri, Rusiyanın ən böyük “Sibur” neft-kimya holdinqinin prezidentidir.

173. Yuri Milner – texnologiya şirkətlərinə yatırımda ixtisaslaşan milyarderdir. “Xiaomi”, “Spotify”, “Airbnb” səhmlərinin sahibidir. Əvvəllər Facebook, Twitter, Əlibaba, JD.com-un səhmlərinə malik olub, amma satıb.  

174. Boris Mints – Moskvada biznes mərkəzləri olan “O1 Group” yatırım holdinqinin sahibidir. Mintz ayrıca xüsusi pensiya fondlarına sərmayə qoyur. Uzun müddət “Sağçı qüvvələr itifaqı” müxalifət partiyasını dəstəkləyib.

175. Andrey Molçanov – LSR Qrupunun səhm zərfinə sahibdir. Leninqrad bölgəsindən Rusiya Federasiya Şurasının senatoru olub.

176. Aleksey Mordaşov – "Severstal" (79,2%), TUI (23%), Nord Gold (90,7%), “Qüvvə Maşınları” (100%), eləcə sanksiya altında olan “Rossiya” bankının səhmlər zərfinə və s.-ə sahibdir.

177. Vadim Moşkoviç – "Rusaqro". Onun biznes maraqları Rusiyanın bir çox bölgələrində kənd təsərrüfatı və inkişaf layihələrinə böyük investisiyaları ehtiva edir.

178. Aleksandr Nesis – “ICT Holding Ltd”-nin 50%-ə sahibdir.

179. Qod Nisanov – “Kiyev meydanı” ASC  Direktorlar Şurasının sədridir. O cümlədən  Moskvanın mərkəzində yerləşən keçmiş "Ukraina" otelinin – “Radisson Royal Ukraine”-nin sahibidir.

180. Aleksandr Ponomarenko – Board "SCC Real Estate" və "Şeremetyevo Holdinq"in prezidentidir. Putinə yaxın Arkadi Rotenberqin biznes üzrə tərəfdaşıdır.

181. Sergey Popov – Moskva "Skolkovo" İdarəçilik Məktəbinin təsisçi tərəfdaşıdır.

182. Vladimir Potanin – "Interros" holdinqinin prezidenti, "Norilsk Nikel"in baş didrektoru və dünyada ən böyük nikel və palladium istehsalçısı olan şirkətdə 30,41% paya malikdir. Potanin 2017-ci ildə 14,3 milyard dollar sərvətlə Rusiyanın ən zəngin iş adamlarından biri olub.

183. Mixail Proxorov – "Oneksim" qrupunun sahibidir.

184. Dmitri Pumpyanski – Boru Metallurgiya şirkəti didrektorlar şurasının sədridir, "Sinara" qrupunda nəzarət payına malikdir.

185. Meqdet Rahimkulov – Macarıstan OTP Bankı, MOL neft şirkəti, "Qazprom" və VTB səhmlərinin sahibidir.

186. Andrey Rappoport – Moskva "Skolkovo" Menecment Məktəbi  Koordinasiya Şurasının prezidentidir. 1997-1998-ci illərdə "Rusiya UES" Rusiya SC idarə heyətinin üzvü, sədr müavini olub. 1998-2008-ci illərdə Mixail Xodorkovskinin birləşmiş şirkəti "Yukos-FAI"-nin birinci vitse-prezidenti işləyib.

187. Viktor Raşnikov  – “Maqnitoqorsk metallurgiya kombinatı”nın strateji planlaşdırma üzrə komitəsi və direktorlar şurasının sədridir. Bu qurumda səhmlərin 87,26%-ə malikdir.

188. Arkadi Rotenberq – Putinin 50 ildən çox tanıdığı ən yaxın dostudur. Rusiyanın gələcək prezidentiylə dzüdo və samboya gedib. Soçi olimpiadasında infrastruktur obyektlərinin inşasına rekord sayda müqavilə udub. Biznesmenin şirkətləri dövlətlə dəyəri 7,4 milyad dollardan az olmayan sazişlər bağlayıb. Kapitalı – “Stroyqazmontaj” (100%), “Minudobreniya” (80%), TPS Avia (35%), SMP Bank (49,99%).

189. Boris Rotenberq – Arkadinin kiçik qardaşıdır. O da Putinlə birgə dzüdo seksiyasına gedib. İş adamı kimi əsas göstəriciləri Finlandiyada sərgiləyib.  

190. Dmitri Rıbolovlyev – rusiyalı iş adamı, 1990-2000-ci illərdə “Uralkaliy”in keçmiş faktiki sahibi, 2010-cu ildən Kipr Bankının nəzarətçi səhmdarı, 2011-ci ildən Fransanın “Monako” futbol klubunun əsas sahibidir. 2017-ci ilin sentyabrında Fransa KİV-lərinin “Monakogeyt” adlandırdığı böyük rüşvət qalmaqalının ortasına düşüb. Elə onda məlumat meydana çıxıb ki, Rıbolovlyev Monakoda persona non-qrata elan olunub.

191. Ayrat Şaymiyev – “Tatavtodor” şirkətinin baş direktoru, TAİF qrupunun ortağıdır.

192. Radik Şaymiyev – TAİF şirkətlər qrupuna birlikdə sahiblik etdiyi Ayrat Şaymiyevin qardaşıdır. Qardaşların atası Tatarıstan Respublikasının birinci prezidenti Mintemir Şaymiyevdir. O, qarşıdakı prezident seçkilərində Putinin ən inanılmış adamlaəndan biridir.

193. Kirill Şamalov – Rusiyanın ən böyük neft-kimya holdinqi “Sibura”nın direktorlar şurasının üzvüdür. Beynəlxalq informasiya agentliklərinin Vladimir Putinin qızı saydığı Katerina Tixconovadan 2017-ci ilin aprelində boşanıb. Nikolay Şamalovun – Vladimir Putinin və daha yeddi payçının1996-cı ildə qurduğu “Göl” kooperativinin keçmiş üzvünün oğludur.

194. Yuri Şefler – "Stolichnaya", "Moskovskaya", "Rigas Melnais Balzams" ticarət markalarına sahib olan "SPI Group" direktorlar şurasının sədridir.

195. Albert Şiqabutdinov – TAİF qrupunuin baş direktorudur, 2009–2014-cü illərdə Tatarıstan Respublikası Dövlət Şurasının deputatı olub.

196. Mikail Şişxanov – “Binbank”ın əsas sahibidir, habelə “İNTEKO” və "А101"-in səhmlərinə sahibdir.

197. Leonid Simanovski – “Vahd Rusiya”dan Dövlət Dumasının deputatı, “Novatek” səhmlərinin 1,6%-ə malikdir.

198. Andrey Skoç – “Vahid Rusiya”dan Dövlət Dumasının deputatıdır, USM Holdings də (30%) və Vnukovo aeroportunda payı var (paylara formal olaraq təqaüdçü atası sahiblik edir).

199. Aleksandr Skoroboqatko – “TPS Real Estate Holding”in (Moskva, Soçi, Krasnodar, Novosibirsk, Kiyevdə ticarət-əyləncə mərkəzlərinin inşaatı və istismarı) və “TPS Avia”nın həmqurucusudur (2016-cı ildə Şeremetyevo aeroportunun, demək olar, 70%-lik sahibi olub).

200. Rüstəm Sulteyev – “TAİF-NK”-nın (neft emalı), “Nijnekamskneftxim” və “Kazanorqsintez” (kimyəvi istehsal), TQK-16 (elektrik enerjisi) səhmlərinə sahib “TAİF” qrupun direktorlar şurasının sədridir.

201. Aleksandr Svetakov – biznesmen, “Absolyut” investisiya qrupu direktorlar şurasının sədridir.

202. Gennadi Timçenko – Putinə yaxın Rusiya milyarderi, “Volga Group” özl yatırım qrupunun sahibidir. “Forbes”in siyahısında 4 nömrədir.

203. Oleq Tinkov – Ruisiya milyarderi, “Tinkoff bank” və “Tinkoff Sığorta” şirkətlərinin daxil olduğu  “TCS Group Holding PLC”-in prezidentidir. Sərvəti 1,2 milyard $-a yaxındır.

204. Roman Trotsenko – “Rosneft” dövlət şirkətinin müşaviri. “Forbes”in dəyərləndirdiyinə görə, şəxsi sərvəti 750 milyon dollardır.

205. Əlişir Usmanov – milyarder, USM Holdings-in qurucusu.

206. Viktor Vekselberq – Rusiya biznesmeni, Putinin “boz kardinalı”, “Skolkovo” fondunun prezidenti, Rusiya prezidentinin çevrəsində ən varlı oliqarxlardan biridir.

207. Arkadi Voloj – “Yandeks” şirkətinin həmqurucusu və baş direktorudur.

208. Vladimir Yakunin – biznesmen, “Protek” əczaçılıq holdinqi direktorlar şurasının sədridir.

209. Vladimir Yevtuşenkov – iş adamı. “Sistema” investisiya şirkətinin 64,1843% səhmlərinin sahibi və direktorlar şurasının sədridir.

210. Qavril Yuşvayev – milyarder, “Bimm-Bill-Dann” şirkəti direktorlar şurasının üzvüdür…

Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 3 523          Tarix: 1-02-2018, 11:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma