Xəbər lenti

Rusiya Federasiyasının Müdafiə Nazirliyi və “Axmat” könüllü dəstəsi müharibə zonasında könüllü birləşmələrin fəaliyyətini müəyyən edən ilk müqavilə imzalayıb.

Bu barədə jurnalistlərə hərbi qurumdan məlumat verilib.

“Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun könüllü təşkilatların xidməti fəaliyyətinin təşkili qaydasının müəyyən edilməsi haqqında əmrinin icrası çərçivəsində Rusiya Müdafiə Nazirliyi və “Axmat” könüllü dəstəsi arasında müqavilə imzalanıb”, - deyə nazirlikdən bildirilib.

Həmçinin qeyd edilib ki, müharibə zonasında “Axmat” könüllü birləşmələrinin hüquqi tənzimlənməsini və fəaliyyətini, eləcə də könüllülərə və onların ailə üzvlərinə dövlət tərəfindən müəyyən edilmiş sosial müdafiə və dəstək tədbirlərinin genişləndirilməsini müəyyən edən müqaviləni Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim və Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinin direktoru Adam Daşayev imzalayıblar.

“Bu gün Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələri ilə birlikdə müharibə zonasında kifayət qədər böyük sayda bölmələr, könüllü dəstələr və digər hərbi birləşmələr iştirak edir. Ümid edirəm ki, gələcəkdə digər könüllü dəstələr də ilk təcrübəmizi nəzərdən keçirərək bu qəbildən müqavilələr imzalayacaq”, - deyə Kim qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqunun rəhbərliyi ilə verilən sərəncam könüllü birləşmələrdən istifadənin səmərəliliyini artıracaq. Sənəddə müəyyən edilib ki, müqavilələr iyulun 1-dək imzalanmalıdır.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 127          Tarix: 12-06-2023, 16:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma