Xəbər lenti

“Azərbaycan və Ermənistan arasında sülh prosesi Birləşmiş Millətlər Təşkilatının qərarı əsasında dəstəklənə bilər, lakin bunun üçün hər iki tərəfin razılığı lazımdır”.

Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Əgər əlavə nəyəsə ehtiyac olarsa, təbii ki, həyat yerində dayanmır və vəziyyət inkişaf edir, o zaman bu prosesi, məsələn, Birləşmiş Millətlər Təşkilatının qərarı əsasında dəstəkləmək barədə düşünmək olar. Bunun üçün həm İrəvan, həm də Bakının razılığı lazımdır”, - deyə diplomat bəyan edib.

Qərbin vasitəçilik səylərinə diqqət yetirən XİN rəsmisi qeyd edib ki, bu, “bütün bunlar gündəmi yenidən formatlaşdırmaq və ələ keçirmək üçün Moskva ilə müəyyən qısqanc rəqabətin olması” təəssüratını yaradır.

“Cənubi Qafqaza sülh gətirmək cəhdləri yalnız anti-Rusiya meyilli olmadıqda və bizim səylərimizlə rəqabət aparmadıqda mümkün ola bilər”, - o əlavə edib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 220          Tarix: 28-06-2023, 21:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma