Xəbər lenti

Polşa Silahlı Qüvvələri 1000 hərbi qulluqçu və 200 texnikanı Podlaskie voyevodluğundakı Belarusla sərhədə göndərir.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Baş Komandanlığının mətbuat xidməti məlumat yayıb.

“Biz Polşanın şərqində mövcudluğumuzu gücləndiririk. 12-ci mexanikləşdirilmiş briqada və 17-ci mexanikləşdirilmiş briqadadan min əsgər və təxminən 200 texnika Polşanın şərqinə hərəkət edəcək”, - deyə bildirilib.

Komandanlıq prosesin sabah həyata keçiriləcəyini təsdiqləyib.




Ana səhifəyə qayıt        Baxış: 3 001          Tarix: 7-07-2023, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma