Xəbər lenti

“Ermənistan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının nəticələrini öyrənməli və Rusiya ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir”.

 TASS xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi ilə Ermənistan parlamenti arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın iclasında Federasiya Şurası sədrinin müavini, parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Yuri Vorobyov deyib.

Onun sözlərinə görə, bu, Haaqa Məhkəməsinin baxdığı bütün işləri Ermənistanın tanıması deməkdir: “Biz erməni həmkarlarımızın bu addımının anti-Rusiya olmadığı kontekstindən çıxış etsək də, praktikada bu, Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur”.

Y.Vorobyov Ermənistan parlamentarilərini müttəfiqlik münasibətlərini və Roma statutunu qiymətləndirməyə çağırıb.

Qeyd edək ki, 2022-ci ilin sonunda Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya üçün parlamentə göndərib.

Xatırladaq ki, Haaqa Məhkəməsi Rusiya Prezidenti Vladimir Putini Ukraynada uşaqların itkin düşməsi ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm verib. Ermənistan Roma Statutunu qəbul edərsə, V.Putin İrəvana gəldiyi halda onu həbs etməlidir.




Ana səhifəyə qayıt        Baxış: 3 057          Tarix: 21-07-2023, 14:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma