Mənbə: “Ruslar artıq Berdiç qəsəbəsini ələ keçirib, şəhərdə hər yerdə yanğın var, hər yer qatı tüstü içərisindədir”
Oktyabrın 10-da səhər saatlarından Rusiya Silahlı Qüvvələri Avdeyevka istiqamətində güclü artilleriya zərbəsi endirib. “Hərbi xronika” Telegram kanalı Avdeyevka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə güclü zərbə endirilməsinin videosunu yayımlayıb . Şahidlərin sözlərinə görə, rus artilleriyasının atəşləri şəhəri titrədir. Ukrayna Rusiya Silahlı Qüvvələrinin Avdeyevkaya bütün istiqamətlərdə daxil olmağa hazırlaşdığını yazır.Telekanalın məlumatına görə, ruslar artıq Berdiç qəsəbəsini işğal edib. “Avdeyevka Roll Call” Telegram kanalı xəbər verir ki, səhər saat 11-də “şəhərdə hər yerdə yanğın var, hər yer qatı tüstü işərisindədir”.
Rusiyanın hərbi ekspertləri hesab edir ki, Ukrayna Avdeyevkada güclü istehkamlar qurub və şəhəri ələ keçirmək asan olmayacaq. Hərbi mənbələr də təsdiq edir ki, Rusiya ordusu şəhərə cinahlar boyu irəliləmək istəyir. Rusiya mənbələri şəhərin müdafiəsi ilə bağlı bir-birinə zidd xəbərlər yayırlar. Bir mənbə iddia edir ki, müşahidələr “şəhərin tezliklə təslim ediləcəyini göstərir”.
Başqa mənbə isə Avdeyevkanın Mariopul kimi güclü müdafiə olacağını yazır. Burada da “Azovstal” kimi Koks-kimya zavodu var ki, yeraltı bunkerlərdə müqavimət göstərmək mümkündür. Avdeyevka Mərkəzi Donbasdadır. Pakrovski vilayətinə daxil şəhərdir.
Donetsk vilayətinin sərhədləri daxilində elan edilmiş “respublikanın” ərazisi 26,52 min kvadratmetrdir. Luqansk vilayətinin sərhədləri daxilində elan edilən qondarma “Luqansk Xalq Respublikası”nın sahəsi 26,68 min kvadratmetrdir. Zaporojye vilayətinin sahəsi 27,18 min, Xerson vilayətinin sahəsi isə 28,46 min kvadratmetrdir.
Rusiya müharibə başlayanadək Donetsk vilayətinin 7 min 853 kvadratkilometrinə, Luqansk vilayətinin isə 8 min 377 kvadratkilometrinə nəzarət edirdi. 2014-cü ildən işğal edilən Krım (ərazisi 26 min 861 kvadratkilometr) və Sevastopulu da (1079 kvadratkilometr)bura əlavə etsək, müharibəyədək Rusiyanın nəzarətinə keçən ərazinin ümumi sahəsi 44 min 170 kvadratkilometr idi. Ukraynanın 603 min 548 kvadratkilometr ərazisi olduğunu nəzərə alsaq, demək, son müharibəyədək ölkə ərazisinin 7,3 faizi Kiyevin nəzarətində deyildi. 52 şəhəri olan Donetsk vilayətinin ərazisi Ukrayna ərazisinin 4,4%-ni təşkil edir ki, bura 18 rayon, 52 şəhər (o cümlədən 28 rayon əhəmiyyətli), 131 şəhər tipli qəsəbə və 1118 kənd yaşayış məntəqəsi daxildir. Mərkəzi Donbasa Donetsk, Makiyevka, Qorlovka, Yenakiyevo, Xartsizsk, Pokrovsk, Amvrosiyevka, Şaxtyorsk şəhərləri daxildir. Kramatorsk, Baxmut, Slavyansk, Svyatoqorsk, Liman, Konstantinovka, Soledar Şimali Donbas hesab olunur. Şərqi Donbasa isə Luqansk, Lisiçansk, Alçevsk, Krasnodon, Severodonetsk, Krasnı Luç, Staxanov, Antrasit şəhərləri daxildir.
Orxan ƏLİYEV,
Musavat.com
Paylaş: