
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın “sevimli qəzeti” hesab etdiyi New York Post Rusiya-Ukrayna müharibəsi və Alyaska sammiti ilə bağlı redaksiya açıqlaması yayıb.
Məqalədə bildirilir ki, Alyaskada keçirilən görüş zamanı Vladimir Putin Trampın sülhə ümidlərini artırsa da, eyni zamanda onu “aldatmaq”da davam edib. Redaksiya bunu Trampın uşaqlıq dövründəki məşhur “Lucy və futbol topu” karikaturasına bənzədib: Lucy hər dəfə topu çəkir və Charli düşür; eyni hal Alyaskada da təkrarlanıb.
Trampın sözlərinə görə, Putin Zelenski ilə görüşə razı olub, lakin sonradan Lavrov görüşün planlaşdırılmadığını açıqlayaraq Ukrayna prezidentinin legitimliyini şübhə altına qoyub və ölkəyə təhlükəsizlik zəmanətlərini rədd edib. Tramp isə hesab edir ki, Putin buna razılıq vermişdi.
New York Post yazır ki, Putin “dəstəkçilərinə Zelenskiyə və Trampa açıq şəkildə trol etməyə davam etməyi əmr edib” və bununla Trampı sadəlövh kimi təqdim edir. Qəzetin qənaətinə görə, Putin “razılaşmadan imtina sənətini nümayiş etdirir” və hesab edir ki, lideri cəzalandırmadan alçalda biləcək.
Redaksiya qeyd edir ki, bu vəziyyət dəyişəcək və Tramp Putini aldatmaq cəhdinin nəticələrini “sonunda hiss etdirəcək”.
Məlumat üçün qeyd edək ki, New York Post tarixən Donald Trampın ən sədaqətli media tərəfdarlarından biri hesab olunur.
Paylaş: