
Xəbər lenti
Bu gün, 16:34
Bu gün, 16:04
Bu gün, 13:05
Dünən, 23:06
Dünən, 21:37
Dünən, 19:33
Dünən, 18:27
Dünən, 15:37
Dünən, 13:36
Dünən, 11:34
Dünən, 10:06
Dünən, 09:06
15-08-2025, 23:24
15-08-2025, 23:00
15-08-2025, 21:33
15-08-2025, 20:35
15-08-2025, 19:27

Şövkət Zərin Horovlu 1941- ci ildə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. İxtisasca filoloqdur.
1977-1980-cı illərdə Əfqanıstanda yaşayıb. Müasir nəsrimizə Qarabağ mövzusunda yazdığı bir çox roman və povestlər bəxş edib. Onun “Arazdan gələn səslər” romanı 2010-cu ildə Mahmud Kaşğari adına Beynəlxalq Ədəbiyyat fondunun mükafatına layiq görülüb və ilin romanı elan edilib. Şövkət xanım həmçinin poeziya sahəsində Rəsul Rza və Mikayıl Müşfiq adına mükafatların laureatıdır.
Tərifini dəqiq ifadə etməkdə həmişə çətinlik çəkdiyimiz sevgi, demək olar ki, bütün ədəbi əsərlərin əsas mövzularından biridir. Hətta fantastik əsərlərin əsasını çox vaxt canlılara xas olan bu hiss təşkil edir. Müəllifin hansı cinsə aid olmasından asılı olmayaraq, əsərlərdə eşq macəraları məharətlə təsvir edilir. Bəzən xöşbəxt, bəzən kədərli sonluqla bitən əsərlər həmişə böyük həyacan və maraqla oxunur.

Müasir dövrdə Leyli və Məcnunlar, Əsli və Kərəmlər olmasa da Azərbaycan ədəbiyyatında həqiqi, əbədi sevgini tərənnüm edən yüzlərcə gözəl əsər mövcuddur.
Hörmətli yazıçımız Şövkət Zərin Horovlunun ustalıqla qələmə aldığı “Əbədiyyətə qədər” romanı məhz belə əsərlərdəndir.
Müəllifin özünün dediyinə görə, vaxtilə əsər oxucular, tənqidçilər və xüsusi ilə yüksək təbəqəli şəxslər tərəfindən birmənalı qarşılanmayıb.Əsərdə yer almış bəzi acı həqiqətlər çətinliklə qəbul edilib.
Romanın əsas qəhramanı Nihad, nazir oğludur. Onun dünya görüşünün və ölkədə baş verən hadisələrə münasibətinin çox fərqli olması oxucuda xüsusi maraq doğurur, könüllü olaraq Qarabağın azadlığı uğrunda müharibəyə yollanması isə ona qarşı rəğbəti daha da artırır. Çəbhədə “Nazir oğlu”kimi tanınan Nihad, vətənini, doğma Qarabağı canından çöx sevdiyini dəfələrlə təsdiq edir.
İllərin təcrübəsi göstərir ki,vətəni sevən insanlar çox mətin, iradəli, dönməz, etibarlı olurlar. Doğrusu, romanın ilk səhifələrindən Nihadın vətən sevdalısı olmasına baxmayaraq ailəsində zəif, öz sözünü deyə bilməyən biri kimi təqdim edilməsi mənə bir qədər anlaşılmaz göründü və öz düşüncələrimdə yanıldığımı zənn etdim. Lakin əsərin qadın qəhramanı olan Mehinin mərdliyini, dönməzliyini, eşqində sadiqliyini gördükdə bir daha əmin oldum ki, vətənpərvərlik hissini qəlbində yaşadan insana həmişə güvənmək olar.
Canını vətən yolunda qurban verməyə hazır olan, ilk məhəbbəti olmuş Mehini dəlicəsinə sevən, lakin ailəsinin təkidi ilə ondan imtina edib başqası ilə ailə quran nazir oğlu və kasıb bir ailənin qızı arasında yaşanan, “əbədiyyətə qədər” uzanan bu məhəbbət əfsanəsi dillərdə dastan olacaq qədər təsirli və maraqlıdır.

Qeyd etdiyim kimi,əsərin müəllifi qadındır və onun qadın olaraq Nihadın hisslərini, ürəyindən, qəlbindən keçənləri bu qədər dəqiqliklə təsvir etməsi oxucunu yaxşı mənada heyrətləndirir.
Əsərin yazılış üslubu da fərqlidir. Müəllif baş verənlərin çoxunu oxucuya məktublar vasitəsi ilə çatdırır və oxucu həmin məktubları dayanmadan oxuyub hadisələrin gedişatını izləyir, sonda nələr olacağını səbirsizliklə gözləyir.
Deyirlər, bir-birinə qovuşmayan sevənlərin eşqi daha güclü olur və onlar mütləq bir zaman əbədiyyətə qovuşarkən rastlaşırlar. “Əbədiyyətə qədər” adlı bu maraqlı romanın qəhramanlarının da nə zamansa məhz başqa bir dünyada görüşəcəkləri ümidi ilə ayrılır oxucu əsərdən...
Romanı oxumağı tövsiyə edərdim. Fikirləriniz maraqlı olardı.
“Əbədiyyətə qədər” adlı romanın müəllifi, ədəbiyyatımızın nüfuzlu yazıçısı Şövkət Horovluya möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzu edib onun yeni əsərlərini gözləyirəm.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar