Xəbər lenti

ABŞ-nin iri neft şirkətləri – “Exxon” və “Chevron” 2024-cü ildə Perm hövzəsində hasilatı aktiv şəkildə artırmağı planlaşdırır ki, bu da 2023-cü ildə olduğu kimi, ölkədə hasilatın artımı ilə bağlı proqnozları üstələyə bilər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələrin məlumatına görə, “Chevron” 2023-cü illə müqayisədə hasilatı 10% artırmaq və 2025-ci ilə qədər Perm hövzəsində gündəlik 1 milyon barelə çatdırmaq niyyətindədir. Bu, regionun digər müstəqil neft istehsalçılarının artım tempindən iki dəfə çoxdur.

“Exxon” isə hasilatı 7% artırmağı planlaşdırır. “Pioneer Natural Resources”un 60 milyard dollara satın alınmasından sonra “Exxon”un ümumi hasilatının iki dəfədən çox artacağı gözlənilir. Hazırda şirkət Perm hövzəsində, “Pioneer” hesaba alınmamaqla, gündəlik 650 min barel neft hasil edir.

2023-cü ildə ABŞ-də hasilatın artımı ekspert proqnozlarını üstələyib ki, bu da qiymətlərə təzyiq göstərib və OPEC+ daxilində ziddiyyətləri artırıb. “Exxon” və “Chevron”un planları oxşar vəziyyətin bu il də təkrarlana biləcəyi anlamına gələ bilər.




Ana səhifəyə qayıt        Baxış: 2 994          Tarix: 2-02-2024, 22:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma