Xəbər lenti
Bu gün, 18:36
Bu gün, 15:44
Bu gün, 12:40
Bu gün, 09:43
Dünən, 14:56
Dünən, 10:43
29-01-2026, 19:02
29-01-2026, 15:27
29-01-2026, 13:34
29-01-2026, 13:19
29-01-2026, 10:05
29-01-2026, 10:00
28-01-2026, 18:44
28-01-2026, 17:04
28-01-2026, 14:26
28-01-2026, 13:29
28-01-2026, 12:02
28-01-2026, 10:28
28-01-2026, 10:21
27-01-2026, 17:11
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft hasilatının azaldılmasını nəzərdə tutan sazişin müddətinin uzadılıb-uzadılmaması barədə qərarı mayın 25-də verəcək.Ovqat.com “bloomberght.com”a istinadla xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib. O bildirib ki, bu qərar Monitorinq Komitəsinin hesabatlarından asılı olacaq.
M.Barkindo ölkə göstəriciləri və ikinci dərəcəli mənbələrdən əldə olunan göstəricilər arasındakı fərq azalmağa başladığını vurğulayıb: "Neft hasilatına dair göstəricilər arasındakı fərq azalır. Bu fərqi minimuma endirmək üçün çox çalışırıq".
Neft hasilatının azaldılmasını nəzərdə tutan sazişə qoşulan bütün OPEC-ə üzv ölkələrin və digər istehsalçıların ehtiyatları azaltmaqda maraqlı olduqlarını bildirən OPEC-in baş katibi deyib: "Bu saziş ilə bütün ölkələrin neft bazarında yenidən sabitliyi yaratmaq istəyirik".
O qeyd edib ki, OPEC şist nefti istehsalçıları ilə də əlaqələri genişləndirməkdə maraqlıdır.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video




























