Xəbər lenti

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə rəsmi səfər edəcək.

“Report”un Qazaxıstan bürosunun Akorda mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, K.Tokayev burada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq.

İki dövlətin liderləri iyulun 29-da danışıqlar aparacaq və Qazaxıstan – Türkiyə strateji tərəfdaşlığının daha da gücləndirilməsini müzakirə edəcəklər.

"Prezidentlər, həmçinin Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər", - məlumatda bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 3 023          Tarix: Dünən, 10:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma