Xəbər lenti

Yəmənin "Ənsar-Allah" hərəkatından olan husilər İsrail limanları ilə işləyən bütün şirkətlərin gəmilərinə zərbələr endirmək niyyətindədirlər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya "Al Masirah" telekanalının efirində bəyan edib.

"Hərəkat fələstinlilərə dəstək üçün hərbi əməliyyatlarını gücləndirmək və düşmənin dəniz blokadasının dördüncü mərhələsinin həyata keçirilməsinə başlamaq qərarına gəlib ki, bu, əlçatan yerdə milli mənsubiyyətindən asılı olmayaraq İsrail limanları ilə işləyən istənilən şirkətin bütün gəmilərinə zərbələr endirməyi nəzərdə tutur", - deyə Sariya bildirib.

"Ənsar-Allah"ın hərbi nümayəndəsi gəmiçilik şirkətlərinə müraciət edərək, İsrail limanları ilə əməkdaşlığı dayandırmağı tövsiyə edib, əks halda, onların gəmilərinin təyinat yerindən asılı olmayaraq raket və pilotsuz uçuş aparatlarının əhatə dairəsi daxilində hücuma məruz qalacaqları barədə xəbərdarlıq edib.

Y.Sariya eskalasiyadan yayınmaq istəyən ölkələri İsrailə Qəzza zolağındakı əməliyyatı dayandırması və Fələstin anklavındakı blokadanı qaldırması üçün təzyiq göstərməyə çağırıb.




Ana səhifəyə qayıt        Baxış: 2 999          Tarix: Bu gün, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma