Xəbər lenti

ABŞ-nin Almaniyadakı hərbi bazaları təkcə Avropanın müdafiəsini təmin etmək üçün deyil, həm də digər regionlarda hərbi təsir imkanlarını genişləndirmək üçün istifadə olunur.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" qəzeti Almaniya Xarici Əlaqələr Şurasının baş elmi işçisi Aylin Matle istinadən məlumat verib.

"Ramştayn kimi bazalar təkcə Avropanın müdafiəsi üçün deyil, həm də gücün Yaxın Şərqə proyeksiya edilməsi üçün istifadə olunur", - deyə Matle qeyd edib.

Onun sözlərinə görə, bu yolla ABŞ Afrikaya da təsir edə bilər.




Ana səhifəyə qayıt        Baxış: 2 735          Tarix: Dünən, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma