Xəbər lenti

Rusiyada fəaliyyət göstərən loukosterlər bundan sonra hava limanındakı “Duty Free” mağazalarından alınan əşyaların təyyarənin salonunda daşınmasına görə əlavə haqq tələb edəcəklər.
Virtualaz.org “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, bu tələb yalnız qaytarılmamaq şərtilə alınmış büdcə tipli bilet sahiblərinə aiddir. Həmin sərnişinlərə təyyarənin göyərtəsində özləri ilə pulsuz olaraq yalnız üst geyimini aparmağa icazə verilir.
Yeni tələbin ən maraqlı cəhəti odur ki, sərhəd buraxılış məntəqəsini də keçdikdən sonra “Duty Free” mağazasından alış-veriş etmiş şəxslərin əlavə yük üçün ödənişi necə həyata keçirəcəkləri bildirilmir.



Ana səhifəyə qayıt        Baxış: 748          Tarix: 15-08-2017, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma