Xəbər lenti

"Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın ultimatumuna və Rusiya neftini alan ölkələrə 100 faizlik rüsum tətbiq etmək təhdidlərinə baxmayaraq, Ukrayna ilə müharibəni davam etdirməkdə qərarlıdır".

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Kremlə yaxın mənbələrə istinadən məlumat verib.

Agentliyin mənbələri iddia edirlər ki, Putin öz ordusunun döyüş meydanında qalib gəldiyinə əmindir və ABŞ-nin yeni sanksiyalarının əvvəlki sanksiya paketlərindən daha təsirli olacağına inanmır.

"Çinin Trampın göstərişi ilə Rusiya neftini almağı dayandıracağını təsəvvür etmək çətindir", - deyə agentliyin həmsöhbətlərindən biri bildirib və əlavə edib ki, Rusiya xammalına qarşı sərt tədbirlər istər-istəməz dünya bazarlarında neft qiymətlərini artıracaq.

Digər bir mənbənin məlumatına görə isə, Kreml Trampın öz təhdidinə əməl edəcəyinə şübhə ilə yanaşır. Eyni zamanda, Putin ümid edir ki, Rusiya hələ də ABŞ ilə dostluq münasibətləri qura və Qərblə ticarət münasibətlərini bərpa edə bilər.




Ana səhifəyə qayıt        Baxış: 24          Tarix: Bu gün, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma