Xəbər lenti

Rusiya silahlarının Kuba və Venesuelada mümkün yerləşdirilməsi barədə hesabatlar ayrı-ayrı ekspertlərin şəxsi fikirlərini əks etdirir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib .

"Başa düşdüyümüz kimi, söhbət ayrı-ayrı ekspertlərin şəxsi nöqteyi-nəzərini ifadə edən şəxsi rəyindən gedir. Beynəlxalq hərbi əməkdaşlığın inkişafı məsələləri Müdafiə Nazirliyinin səlahiyyətlərinə aiddir. Bu cür əlaqələrin imkanlarını təhlil edərkən biz Rusiyanın beynəlxalq öhdəliklərinə və maraqlı ölkələrlə imzalanmış ikitərəfli sazişlərə əsaslanırıq", - diplomat qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 2 763          Tarix: Dünən, 22:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma