Xəbər lenti

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Odessa vilayətində yerləşən qaz stansiyasına endirdiyi raket zərbəsini sərt şəkildə pisləyib.

Musavat.com xəbər verir ki, prezident bu hücumun təsadüfi deyil, qəsdən həyata keçirildiyini bildirib:

“Sözügedən hücum nəticəsində yüzlərlə ailə qazsız qalıb. Bu, bizim istilik mövsümünə hazırlığımızı pozmağa yönəlmiş bilərəkdən atılmış bir zərbədir. Tamamilə cəfəng və iyrənc bir addımdır. Necə ki, Rusiya energetika infrastrukturumuza qarşı indiyə qədər atdığı bütün raket zərbələrində bu cür qeyri-insani, kinli yanaşmanı nümayiş etdirib”.

Zelenski qeyd edib ki, bu kimi hücumlar Ukraynanın mülki əhalisinə qarşı aparılan enerji terrorunun bir hissəsidir və beynəlxalq ictimaiyyətin daha sərt reaksiya verməsini zəruri edir.




Ana səhifəyə qayıt        Baxış: 2 881          Tarix: Bu gün, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma