Xəbər lenti

Ukrayna döyüşləri dayandırmağa və Avropanın dəstəklədiyi sülh planının bir hissəsi olaraq Rusiyanın artıq ələ keçirdiyi əraziləri verməyə razılaşa bilər.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Telegraf” məlumat yayıb.

“Ukrayna Prezidenti Vladimir Zelenski Avropa liderlərinə bildirib ki, onlar Donald Trampın Ukraynanın ərazilərini güzəştə getməsini, Rusiyaya ələ keçirdiyi ərazilərin bir hissəsini saxlamasına icazə verəcək hər hansı təklifini rədd etməlidirlər. Bu, cəbhə xəttinin dondurulması və onun Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində, eləcə də ilhaq edilmiş Krım üzərində tutduğu ərazilərə faktiki nəzarətin Rusiyaya verilməsi demək olardı”, - nəşr bildirib.

Qərbli diplomatik mənbələrin qəzetə verdiyi açıqlamaya görə, sülh planı yalnız ordunun tutduğu hazırkı mövqelərə aid ola bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 259          Tarix: Bu gün, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma