Xəbər lenti

Çin hərbçiləri ABŞ-nin "USS Higgins" esminesini Cənubi Çin dənizindəki Huanyan adası yaxınlığındakı sulardan uzaqlaşdırıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Çin Mərkəzi Televiziyası Xalq Azadlıq Ordusunun Cənub Zonası Döyüş Komandanlığına istinadən məlumat verib

Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Çin hakimiyyətinin icazəsi olmadan qeyri-qanuni olaraq Çinin ərazi sularına daxil olub.

Qeyd olunub ki, Çin hərbi rəhbərliyi qanuna uyğun olaraq ABŞ esminesini izləmək, müşahidə etmək, xəbərdarlıq etmək və sıxışdıraraq çıxarmaq (uzaqlaşdırmaq) üçün hərbçilər cəlb edib.

Skarboro rifinin bir hissəsi olan Huanyan adası Çin, Vyetnam, Bruney, Malayziya və Filippinin ərazi iddiası irəli sürdüyü mübahisəli ərazidir. Adaların şelfində daha əvvəllər əhəmiyyətli karbohidrogen ehtiyatları aşkar edilib.




Ana səhifəyə qayıt        Baxış: 3 445          Tarix: Bu gün, 13:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma