Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski arasında üçtərəfli sammit Avropa və ya Yaxın Şərqdə keçirilə bilər.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, ABŞ, Ukrayna və Avropa liderlərinin iştirak etdiyi bugünkü videokonfransda Zelenski, Tramp və Putin arasında mümkün görüşün yeri müzakirə olunub.

Nəşr qeyd edir ki, onlar çox güman ki, Avropa və Yaxın Şərqdəki şəhərləri nəzərdən keçiriblər.

Qeyd edək ki, avqustun 15-də Tramp Alyaskada Putinlə görüşəcək. Zelenski danışıqlarda iştirak etməyəcək. Eyni zamanda Amerika lideri bildirib ki, Putinlə görüşü uğurlu olarsa, Zelenski ilə üçtərəfli formatda görüş təşkil edəcək.




Ana səhifəyə qayıt        Baxış: 1 329          Tarix: Dünən, 22:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma