
ABŞ prezidenti Donald Tramp Avropa liderlərinin etirazlarına baxmayaraq, Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens məlumat verib.
Onun sözlərinə görə, Tramp Zelenski və Avropa liderləri ilə görüşdən sonra gözlənilmədən belə bir qərar verib:
“Bilirsiniz, bizdə kifayət qədər yaxşı görüş oldu. Mən indi Vladimir Putinə zəng vurub, bununla bağlı onun nə düşündüyünü öyrənəcəyəm”, – deyə Tramp bildirib.
Avropa liderləri isə bunun prosedurlara zidd olduğunu, komandaların əvvəlcədən hazırlıq aparmalı olduğunu qeyd edərək zəngin təxirə salınmasını istəyiblər. Lakin Tramp israr edib:
“Yox, indi Moskva vaxtı neçədir? Elə indi zəng edək. Mən insanla danışmaq istəyirəm. Mən ona zəng edəcəyəm”, – deyə ABŞ prezidenti vurğulayıb.
Paylaş: