
Hindistan yenidən Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməkdən imtina edib və bu layihəni təsdiqləməyən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yeganə ölkəsi olub.
Musavat.com xəbər verir ki, bu barədə IANS portalı məlumat yayıb.
Qeyd olunur ki, Nyu-Dehlinin Çin təşəbbüsünə münasibəti “aydın və ardıcıl” olub.
Rəsmi məlumata görə, “Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Hindistan hökuməti əmindir ki, qarşılıqlı əlaqəni təmin etməyə yönəlmiş təşəbbüslər beynəlxalq tanınmış normalara, hüququn aliliyinə, açıqlığa, şəffaflığa və bərabərliyə əsaslanmalı, həmçinin dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə həyata keçirilməlidir”.
Hindistanın bu təşəbbüsü dəstəkləməkdən imtina etməsinin əsas səbəbi layihəyə daxil edilən Çin–Pakistan iqtisadi dəhlizinin Nyu-Dehlinin ərazi bütövlüyünü pozması ilə bağlı iddialarıyla bağlıdır. Hindistan hesab edir ki, dəhliz onun Ladakh və Cammu Kəşmir ittifaq ərazilərinin Pakistanın nəzarətində olan hissəsindən keçir və bu, ölkənin suverenliyinə ziddir. Bu mövqeyinə görə Hindistan dəfələrlə Çinə etirazını bildirib və həmin fəaliyyətin dayandırılmasını tələb edib.
Paylaş: