Xəbər lenti

"Macarıstan yaxın zamanda qərb istiqamətindən qaz alışı üzrə ən uzunmüddətli müqavilə imzalayacaq".

Oxu.Az-ın xəbərinə görə, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto "Facebook" səhifəsində yazıb.

"Biz bu gün təbii qazın alınması ilə bağlı daha bir uzunmüddətli müqavilə imzalayırıq. Bu, qərb istiqamətindən təbii qazın alınması üzrə bizim ən uzunmüddətli müqaviləmiz olacaq", - deyə o bildirib.

Macarıstan diplomatik nümayəndəliyinin rəhbəri, həmçinin qeyd edib ki, onun ölkəsi təbii sərvətlərin alınması məsələsində həmişə diversifikasiya üçün ciddi səylər göstərir. Eyni zamanda, Peter Siyarto Budapeştin hansı qərb ölkəsindən qaz idxal edəcəyi ilə bağlı dəqiq məlumat verməyib.

Macarıstan qazın əsas hissəsini "Qazprom"la uzunmüddətli müqavilələrə uyğun olaraq, "Türk axını" boru kəməri və onun Bolqarıstan və Serbiya ərazisindən keçən qolları vasitəsilə almağa davam edir. 2022-ci ildə bu marşrutla ölkəyə 4.8 milyard kubmetr qaz daxil olub. Məlumatlara görə, bu göstərici 2023-cü ildə 5.6 milyard kubmetrə qədər artıb, 2024-cü ildə isə 7.6 milyard kubmetr rekord göstəriciyə çatıb.




Ana səhifəyə qayıt        Baxış: 2 771          Tarix: Bu gün, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma