
Yağır söz yağışı ilham arxıma.
Nə vaxtdı deyirlər şeir oxunmur,
Elə bil söyürlər yeddi arxama.
Hər kəs ola bilməz nəfsinə ağa,
Şərə uymusansa, xeyir neyləsin?
Başın qarışıbsa pul qazanmağa,
Könüllər oxşayan şeir neyləsin?
Sevgi ürəklərdə çağlayan dəniz,
Qoymayın qurusun, haray qoparın.
Deyirəm böyüklər, elçi getsəniz,
Qız gilə bir xonça şeir aparın.
Bəlkə köç eylədim söküləndə dan,
Məzarım başında, durub tabutdan,
SORUŞAN YOX
Soruşan yox, nə vaxtdır ki,gülmürsən,
Suçu olan gözləməsin əhfi də.
Öz- özünü bağışlaya bilmirsən,
Böyüklərin böyük olur səhvi də.
Bilirdin ki, dərdi çoxdu bu dağın,
Bilirdin ki, başı çatmır buluda.
Ağacdan küs, nə günahı budağın,
Budaqları qırır yağan dolu da.
Elə bilmə çəkdim səni sınağa,
Şükür, hələ solum, sağım yaxşıdı.
Demirəm ki, tuş gəlmisən qınağa,
Ləl çıxmadı ümidimin cibindən.
Yapışmayır nahaq saman çöpündən.
Səni daş götürüb daşlayardılar,
Sevin ki, dünyaya quş gəlməmisən.
Məgər bilmirsən ki, baş kəsənlər var?
Nə yaxşı baltaya tuş gəlməmisən.
Gülür yarpaqların qızaranda dan.
Bilmirəm yaşını kimdən soruşum,
Çoxdan yaşıdların köçüb dünyadan.
Nə inciyənin var, nə də küsənin,
Adına pir dedim bitdiyin yerin.
Hər dəfə kölgəndə dincələnlərin.
Sirdaşım olmusan gənclik çağından,
Vaxt vardı mənim tək təzə, təriydin.
Sən ki, sevənlərin görüş yeriydin.
Həsrətdən könlümün başı yaradı,
Hər yaşıl budağın, yaşıl misradı,
Sən şeir dünyamsan, qoca çinarım!
Kədər ömürlərdən nə istəyir, nə?!...
Daş- kəsək qoyursan yoluma hər gün,
Qoymursan gözümü açım, ay kədər.
Nə vaxtdı sevincə tamarzıyam mən,
Əlindən haraya qaçım, ay kədər?
Əzəldən ruhumu sarmısan, nədi?
Yayın istisində qarmısan, nədi?
Elə bil qəsdimə durmusan, nədi?
Axı nədir mənim suçum, ay kədər?
Dərd ayaq üstədir, dərdin baxtı var,
Axtarıb adamı tapır, vaxtı var.
Demə kədərin də şahlıq taxtı var,
Başında tacınam, tacın, ay kədər.
Dərdim yaddan çıxır, səni görəndə,
Bəzən düz yolda da azıb gedirəm.
Deyirsən dövlətdi ömrün hər günü,
Mən səni hamıdan zəngin görürəm.
Gözündə sevincin rəngin görürəm.
Ümidin, üstünə barnan qayıtmaz,
Sönüb, necə yansın eşq şamın, necə?
Yolunu gözləmə, durnan qayıtmaz,
Günün necə keçir, axşamın necə?
Tanrıdan heç nə yox, canı sağ istə,
Baxıb təsəlli tap hər dərd- sərimə.
Öp məzar daşından mənim yerimə.
Deyirəm neçə yol dağlanar sinə?
Bilirəm, gözündən bu həyat düşür.
Sənə medal düşür, mükafat düşür.
Paylaş: