
ABŞ Prezidenti Donald Tramp Rusiyanı Ukraynaya qarşı müharibədə ilk dəfə təcavüzkar adlandırıb və bu da onun Moskvaya qarşı mövqeyinin daha da sərtləşdiyini nümayiş etdirib.
Oxu.Az-ın "Politico" nəşrinə istinadən xəbərinə görə, Tramp bu sözləri jurnalistlərə müsahibəsində Ukrayna və Rusiya hərbçilərinin itkilərinə toxunaraq deyib.
"Bu həftə hər iki tərəfdən 8 min əsgər həlak olub. Rusiya tərəfdən daha çox həlak olan var, lakin təcavüzkar sən olanda daha çox itirirsən", - deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, daha əvvəl Donald Tramp Moskvanı işğala görə qınamaqdan imtina etmişdi. Həmçinin ABŞ "Böyük yeddiliy"in fevral ayında Rusiyanı təcavüzkar adlandıran bəyanatına da etiraz etmişdi.
Lakin yayda Trampın Kremlə münasibəti dəyişib. Belə ki, Rusiya Prezidenti Vladimir Putin Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa sülh danışıqlarına vasitəçilik etmək səylərinə mane olduğu üçün onun administrasiyası Putinə getdikcə daha çox təzyiq göstərməyə başlayıb.
"Mən yeddi müharibəni dayandırmışam və düşünürdüm ki, bu mənim üçün asan olacaq, amma bu çətin oldu. Onlar (Zelenski və Putin - red.) bir-birilərinə nifrət edirlər", - deyə Tramp vurğulayıb.
Paylaş: