Xəbər lenti

ABŞ Nümayəndələr Palatasının üzvü Bred Şerman Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının Türkiyə və Azərbaycana dəstəyini bloklaya biləcək düzəliş təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi (ANCA) məlumat yayıb.

“Bu düzəliş “Türkiyə Ermənistan üzərindəki blokadanı aradan qaldırmayana qədər, Azərbaycan isə bütün erməni hərbi əsirlərini azad etməyənədək qüvvədə qalacaq”, - deyə erməni lobbisinin xəbərində iddia olunur.

“Düzəlişim nəzərdə tutur ki, Ermənistan blokadasını davam etdirdikcə Türkiyəyə bir qəpik də ödənilməyəcək, “girovlar” (Şerman erməni terrorçularını belə adlandırır - red.) azad olunmadıqca Azərbaycana da bir qəpik verilməyəcək”, - məlumatda deyilir.

Şermanın ikinci bir düzəlişi də var.

“Bu dəfə Dövlət Departamentinin sanksiyalar haqqında Qanununa əlavə kimi təqdim edilən düzəliş prezidentin 907-ci maddəni ləğv etmək səlahiyyətini aradan qaldırır və beləliklə, ABŞ-ın Azərbaycana hərbi yardımını faktiki olaraq bloklayır, - deyə ANCA-nın məlumatında bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 1 823          Tarix: Bu gün, 15:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma