Xəbər lenti

İsrail Fələstin dövlətçiliyini tanımaq niyyətinə cavab olaraq Fransaya qarşı sərt tədbirlər görməyə hazırlaşır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri mənbələrə istinadən məlumat verib.

İsrail hökumətinin mövqeyi ilə tanış olan iki avropalı məmurun və ekspertin sözlərinə görə, İsrail "bir neçə hərəkət variant hazırlayır". Bunlara Fələstin Milli Administrasiyasının fəaliyyət göstərdiyi İordan çayının qərb sahilinin ilhaqının sürətləndirilməsi də aid ola bilər.

Həmçinin Fransanın Qüdsdəki konsulluğunun bağlanması və İsraildə xristianların ziyarətgahı olan Eleon məbədi kimi Fransaya məxsus obyektlərə və ərazilərə qarşı tədbirlər də nəzərdən keçirilə bilər.




Ana səhifəyə qayıt        Baxış: 38          Tarix: Bu gün, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma