Xəbər lenti

Çin dövlət başçısı Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evin xahişi ilə telefon danışığı olub.

Oxu.Az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, telefon danışığı konstruktiv, praqmatik və müsbət olub.

Agentliyin məlumatına görə, iki lider Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmimi və ətraflı fikir mübadiləsi aparıblar.

Si Cinpin bəyan edib ki, ABŞ danışıqların nəticələrinə xələl gətirməmək üçün birtərəfli ticarət məhdudiyyətlərindən çəkinməlidir. Onun sözlərinə görə, Çin və Birləşmiş Ştatlar tarixi xatırlamalı, sülhə dəyər verməli və daha parlaq gələcək qurmalıdırlar.




Ana səhifəyə qayıt        Baxış: 33          Tarix: Bu gün, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma