Xəbər lenti
Bu gün, 21:39
Bu gün, 20:06
Bu gün, 13:22
Bu gün, 12:26
Bu gün, 11:35
Bu gün, 10:46
Bu gün, 09:16
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
Ronen Berqman
“The New York Times”, 12.04.2020
Bu ayın əvvəlində İsrail səhiyyə nazirinin koronavirusa yoluxduğu aşkarlandıqda, onunla yaxın təmasda olan bütün yüksək səviyyəli rəsmilər, o cümlədən diqqət mərkəzində olan “Mossad”ın direktoru karantinə alınıb.
İlk növbədə, İsraili qorumaq adı ilə xaricdəki gizli əməliyyatlarla əlaqəli “Mossad” zabitləri, adətən, səhiyyə məsələləri ilə məşğul olmur. Buna görə də, israillilər dərhal marağa bələnib.
“Mossad” direktoru, ölkənin çox hörmətli adamı olan Yossi Koen səhiyyə naziri Yaakov Litzmanla eyni otaqda necə ola bilərdi ki?
Demə, Koenin qüdrətli agentliyi İsrailin virusa qarşı mübarizəsində yaxından iştirak və İsrail üçün xaricdə tibbi avadanlıq və istehsal texnologiyası əldə edir.
Dünya ölkələri pandemiya zamanı məhdud tədarüklər uğrunda şiddətli şəkildə rəqabət aparır. “Mossad” öz koronavirus böhranı ilə mübarizə aparan İranın artıq təhlükə yaratmadığını müəyyən edərək, agentliyin əməliyyatlarını səhiyyə məsələlərinə yönəldib.
Virusun İsrailə zərər verəcəyi ilə bağlı ilkin proqnozlar çox pessimist idi. Artıq 11 minə yaxın virusa yoluxma halı təsdiqlənib və 103 nəfərin ölümü ilə İsrail dünyanın ən ağır zərbə almış ölkələri sırasındadır.
Təl-Əviv Universitetinin professoru İshaq Ben İzraelin Bazar günü dərc etdiyi məqalədə deyilir: “Ən yüksək artım tempi artıq iki həftədir ki, geridə qalıb və yaxın iki həftə ərzində demək olar ki, tamamilə yox olacaq”.
Fevralın əvvəlində İsrailin ən böyük xəstəxanası olan Şeba Tibb Mərkəzinin səlahiyyətliləri daha çox ventilyasiya cihazı və digər avadanlığa ehtiyac duyduqlarını başa düşüblər. Bu zaman xəstəxananın baş direktoru professor Yitshak Krayss “Mossad” rəhbəri Koenlə xüsusi bir tədbirdə görüşüb.
O vaxta qədər Koen “Mossad”ın İsrail səhiyyə sisteminə necə kömək edə biləcəyini qiymətləndirməyə başlamışdı. Professor Krayss Səhiyyə Nazirliyindən əlavə siyahılar alan Koenə ən çox ehtiyac duyduğu avadanlıqların adlarını söyləyib və “Mossad” lazım olan əşyaları tapmaq üçün beynəlxalq şəbəkəsini işə salıb.
Martın əvvəlində ölkə daxilində tibbi avadanlığın paylanmasını idarə etmək üçün komanda-nəzarət mərkəzi yaradılıb, baş qərargahı Şebada yerləşdirilib: “Mossad”, Müdafiə Nazirliyinin satınalma şöbəsi və hərbi kəşfiyyatı, 81 nömrəli bölmənin nümayəndələri və s.
Ordunun keçmiş briqada generalı və hərbi cərrah olan professor Krayss “Mossad”ın xaricdən tibbi yardım və təcrübə almaqda köməkçi olduğunu söyləyib. “Yalnız Şeba xəstəxanası “Mossad”ın köməyinə müraciət edə bilərdi”.
Professor Krayss “Mossad” zabitlərinin İsrail tibb müəssisəsinə necə kömək etdiyini və ya idxal olunan avadanlığın haradan gəldiyini söyləməkdən imtina edib. Lakin “Mossad” əməliyyatlarından xəbərdar 6 mövcud və ya keçmiş İsrail məmurunun sözlərinə görə, agentlik İsrailin səhiyyə sistemini alt-üst edə biləcək çatışmazlıqların qarşısını almaq üçün beynəlxalq əlaqələrdən yararlanıb.
Həmin altılıq anonimlik şərtiylə bildirib ki, casus agentliyinin İsrailə nazir Litzmanın Səhiyyə Nazirliyi üçün təmin edə bilmədiyi havalandırma cihazları və sınaq materialları əldə etməkdə əvəzsiz rolu olub. Bu səylərə baxmayaraq, İsraildə hələ də test çatışmazlığı mövcuddur.
Bu insanlar xarici KİV-lərin bəzi əşyaların qonşu ərəb dövlətlərindən, İsraillə rəsmi diplomatik əlaqələri olmayan ölkələrdən alınması barədə məlumatlarını təsdiqləməyiblər. Ancaq ən azı bir “Mossad” səlahiyyətlisi İsrailin “Kanal 12” TV-nin “Uvda”, ya da “Fakt” verilişinin aparıcısı İlana Dayanla müsahibəsində bəzi hallarda agentliyin digər ölkələrin sifariş etdiyi əşyaları qamarladığını etiraf edib.
Aprel ayının ilk həftəsinin sonunda əməliyyatlardan xəbərdar insanlar Koenin “Mossad” əməliyyatları ilə İsrailin ən pis proqnozların öhdəsindən gəlməsi üçün kifayət qədər havalandırma qurğularına sahib olacağına əmin olduğunu söyləyib.
Əvvəlcə kəskin tənqid edilən cənab Litzmandan fərqli olaraq, pandemiya ilə mübarizədə verdiyi kömək ölkənin ən çox bəyənilən hökumət qurumları sırasında “Mossad”ın imicini daha da artırıb.
1960-cı ildə nasist fərari Adolf Eyxmannın tutulması, 1972-ci il Münhen Olimpiadasında İsrail idmançılarının qətliamından sonra qisas və israillilərin ən təhlükəli rəqibi hesab etdikləri İrandan 2018-ci ildə gizli nüvə materiallarının oğurlanması ilə o, yaxşı tanınır.
Agentlik, həmçinin bəzi uğursuzluqlara da düçar olub, bunların arasında 1997-ci ildə “Həmas”ın yüksək vəzifəli şəxsi olan Xalid Məşələ qarşı sui-qəsd cəhdidir.
“Mossad”ın pandemiyaya müdaxiləsi, bir qayda olaraq, mediada sərbəst danışan, lakin casus xidmətinin rolunun hər hansı bir tərəfi barədə fikir bildirməkdən imtina edən Səhiyyə Nazirliyinin rəsmiləri üçün qapalı mövzudur. Amma ölkənin səhiyyə sisteminin “Mossad”ı işə cəlb etməsini İsrailin səhiyyə sistemindəki yüksək səviyyəli bir şəxsə də təsdiqləyib. “Mossad” tərəfindən xaricdə alınan ilk avadanlıq İsrailə martın 19-da xüsusi reyslə gətirilib: 100 min koronavirus testi. Bunu Baş nazirlik aparatında bir səlahiyyətli bildirib.
“Mossad” əməliyyatı haqqında məlumatlı rəsminin sözlərinə görə, sonrakı daşınmalara daha çox sınaq dəsti, 1.5 milyon cərrahi maskası, on minlərlə N-95 maskası, ilk tibbi yardım qrupları üçün qoruyucu kombinezonlar, qoruyucu gözlüklər və bir sıra dərmanlar daxil idi.
Eyni zamanda, o, bir çox İsrail laboratoriyalarına koronavirus testləri aparmağa imkan verən texnologiyanın İsrail xaricində alınmasına kömək edib. “Mossad” əməliyyatçıları İsraildə sərinkeş istehsal etmək üçün lazımi nou-hau tapıblar.
“Mossad”ın gətirdiyi texnoloji təcrübədən istifadə edərək ayda 25 milyon qoruyucu maska istehsal edə biləcək istehsal xətləri qurulur.
İsrailin bir yüksək vəzifəli rəsmisinin sözlərinə görə, “Mossad” təcili olaraq hərəkət etməli olduğunu, bu cür avadanlıqlara tələbatın artacağını və ölkələrin son nəticədə tibbi məhsulların ixracından imtina edəcəyini başa düşüb.
Qurumun səyləri xüsusi xidmət orqanlarının hökmdarlara daha çox təsir etdiyi qeyri-demokratik ölkələrdə daha asan olub. Bu qurumlar arasında köhnə tanışlıq və qarşılıqlı etimada söykənən münasibətlər var.
Bəzi hallarda Koen həmkarları ilə şəxsən əlaqə saxlayıb. Bu cür əlaqə malların alınmasını sürətləndirmək üçün kifayət idi. Digər hallarda Koen müəyyən ölkələrin hökmdarları ilə birbaşa danışıb.
Digər ölkələr eyni ovu apardığından rəqabət güclənib və “döyüş” həmişə ədalətli aparılmayıb. “Mossad”ın əməliyyatları haqqında məlumatı olan insanların heç biri agentliyin çirkli oyun oynadığını açıq şəkildə etiraf etməsə də, bunu istisna etməyiblər.
Təchizatı alanlardan biri avadanlığın Çindən gəldiyini söyləyib, İsrail Müdafiə Nazirliyi də silah almaq üçün istifadə olunan bir şəbəkə vasitəsi ilə həmin tibbi avadanlıqların təhlükəsizliyini təmin edib.
“Mossad” son 10 ildə, ən azı rəsmi olaraq, İsrailə düşmən mövqedə qalan Yaxın Şərq və Asiya dövlətləri ilə münasibətləri inkişaf etdirməyə çox səy göstərib. Koenin Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və Qətər hökmdarları, habelə casus xidməti rəhbərləri ilə tez-tez görüşdüyü barədə bir sıra məlumatlar var. 2018-ci ildə Koen İsrailin baş naziri Benyamin Netanyahu ilə yanvar ayında vəfat edən Oman Sultanı Qabus arasında görüş təşkil edib.
Təşkilatın koronavirus əməliyyatlarının hamısı uğurlu alınmayıb.
Uğursuzluqlardan xəbərdar olanlardan biri deyib ki, bir dəfə Almaniyada hökumət kuryerləri israillilərin bir fabrikdən evə göndərmək istədikləri malları ələ keçirib. Yaxud Hindistanda sanitar vasitələr gömrükdə saxlanılıb.
Buna baxmayaraq, “Mossad” görünməz düşmənə qarşı qeyri-adi döyüşdə ölkənin xilasına verdiyi töhfəyə görə xatırlanacaq.
Tərcümə: Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar