Xəbər lenti

“Peterburq siyasəti” Fondu ekspertləri Rusiya prezidenti Vladimir Putinin “varislərı” reytinqini hazırlayıb.

Publika.az Rusiya KİV-nə istinadən xəbər verir ki, reytinq siyahısında Putinin mümkün varislərinin adı yer alıb.

Baş naziri Dmitri Medvedev, Moskva meri Sergey Sobyanin və Tula vilayətinin qubernatoru Aleksey Dyumin reytində ilk üç yeri tutub.

Dmitri Medvedev 21 balla siyahıda birincidir. İlin əvvəlində kifayət qədər ciddi “informasiya hücumları”na baxmayaraq, Medvedev mənfi reytinq dinamikasını dayandırmağı bacarıb.

“Varislər” reytinqində ikinci yerdə 19 balla Moskva meri Sergey Sobyanindir.

Tula vilayətinin qubernatoru Aleksey Dyumin reytinqdə üçüncü yeri (19 bal) tutub. O, dövlət qulluğuna gəlişinə qədər KİV-də Putinin təhlükəsizlik xidmətinin əməkdaşı kimi xatırlanırdı.

Rusiyanın Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu ehtimal edilən varislərin siyahısında (17 bal) dördüncü yerdədir. Onun təsiri ekspertlər tərəfindən sabit kimi qiymətləndirilir.

Federasiya Şurasının spikeri Valentina Matviyenko (16 bal) ilk beşliyi tamamlayır.

“Peterburq siyasəti” Fondu ekspertləri həmçinin siyahıya sabiq maliyyə naziri Aleksey Kudrin, prezident administrasiyasının başçısı Anton Vayno, onun birinci müavini Sergey Kiriyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və “Rosneft” şirkətinin prezidenti İqor Seçini daxil ediblər.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-nə planlaşdırılıb. Prezident Vladimir Putin seçkilərin öz iştirakını hələ açıqlamayıb.




Ana səhifəyə qayıt        Baxış: 925          Tarix: 21-08-2017, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma