Xəbər lenti

 

Almaniya Türkiyəyə münasibətdə yol verilən çərçivədən kənara çıxır.

Ovqat.com Trend-ə istinadən bildirir ki,  bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabrielin son bəyanatını şərh edərkən deyib.

M.Çavuşoğlu bildirib ki, Türkiyə Almaniya ilə münasibətləri korlamaq niyyətində deyil: "Lakin Berlindəki dövlət rəsmiləri də siyasi qiymət verərkən nəzakətli olmalıdırlar".

Nazir əlavə edib ki, son günlər Almaniyada, xüsusilə seçki ərəfəsində bir çox populist bəyanatlar səsləndirilir.

Xatırladaq ki, Z.Qabriel Rəcəb Tayyib Ərdoğanın Türkiyəni Avropadan uzaqlaşdırmaq üçün hər şey etdiyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 640          Tarix: 25-08-2017, 18:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma