Xəbər lenti

KXDR eyni vaxtda yaxın mənzilli bir neçə raket buraxıb.

"Report"un məlumatına görə, bu barədə "Renxap" agentliyi Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, raketlər Kanvondo vilayətindən buraxılıb. Raketlər şimal-şərqə 250 kilometr məsafədə uçub.

Cənubi Koreya və ABŞ raketlərin buraxılışı barədə xəbərləri analiz edirlər. Buraxılmış raketlərin ballistik olub-olmaması hələlik təsdiqlənmir.

Bundan əvvəl isə mətbuat ballistik raketin buraxılması barədə məlumat yayıb.  




Ana səhifəyə qayıt        Baxış: 751          Tarix: 26-08-2017, 12:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma