Türklərin Bizansı məğlub etdiyi Malazgird döyüşünün ildönümü (Səlcuqlar və Bizans arasında 1071-ci il avqustun 26-da baş verən döyüşdür. Qalib gələn tərəf Səlcuqlar olub və Anadoluya yol açılıb - red.) ərəfəsində yunanlar təxribat xarakterli addımlar atırlar.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, beynəlxalq razılaşmalara əsasən, Türkiyəyə aid olan 18 ada və 1 qayalığı işğal edən Yunanıstan bu torpaqlarda Bizans bayrağı qaldırıb.
Türkiyə Müdafiə Nazirliyinin keçmiş baş katibi Ümid Yalım türk adalarında Bizans bayrağının qaldırıldığını göstərən fotoların Yunanıstan ordusuna aid internet saytında dərc edildiyini bildirib.
Onun sözlərinə görə, Yunanıstan Quru Qoşunlarının komandiri general-leytenant Alkiviadis Stefanis avqustun 5-də Bulamaç, avqustun 6-da isə Kalolimnoz adasını ziyarət edib. İşğal altındakı türk torpaqlarına tez-tez gələn Stefanis 13 aprel 2017-ci ildə Muğlaya bağlı Kalolimnoz adasını ziyayət edərək buradakı yunan hərbi birliklərinə baxış keçirib.
“Stefanis Bizans bayrağı altında yunan əsgərlərlə birlikdə şəkil çəkdirir. Bu şəkil Türkiyə ərazisində Bizans dövlətinin qurulmasını göstərən konkret bir sənəddir. Yunanıstan prezidenti Prokopis Pavlopoulos 7 mart 2017-ci il tarixində Keçi adasında əlini-qolunu yelləyərək gəzərkən çəkilən video görüntülərdə kilsənin üzərində Bizans bayrağının dalğalandığı açıq görülür. Yunanıstan dövlətinin ən ali mövqeyində olan olan Prokopis Pavlopoulos Bizans dövlətinin türk torpaqlarında qurulduğu mesajını verir”, - Ümid Yalım bildirib.
Paylaş: