Xəbər lenti

 

ABŞ-ın Texas ştatını cənginə alan "Harvi" qasırğası 30 nəfərin ölmünə səbəb olub. Xəsarət alanların da sayı hər ötən gün artır.

30 helikopter bölgəyə yaralıların müalicəsi üçün tibbi ləvazimatlar gətirir. Şiddətli yağışların əmələ gətirdiyi sel daha çox Hyuston şəhərinə ziyan vurub.

Prezident Donald Tramp da bölgəyə gedərək vəziyyətlə yerində tanış olub. Həftə sonuna qədər qasırğanın şiddətinin zəifləyəcəyi proqnozlaşdırılır.

Hyuston şəhərində təhlükəsizlik tədbirləri səbəbi ilə sakinlərin axşam saat 22-dən səhər saat 5-ə qədər küçəyə çıxmalarıına qadağa qoyulub./Metbuat.az/




Ana səhifəyə qayıt        Baxış: 514          Tarix: 30-08-2017, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma